Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi mövzusunda seminar keçirilir

 

 Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) haqqında məlumatlandırma" mövzusunda seminar başlayıb
 
Yenixeber.org: Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Seminar DGK-nın əməkdaşları üçün nəzərdə tutulub.
Tədbirin açılış mərasimində DGK-nın Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov Azərbaycanın tranzit potensialının artırılması istiqamətində həyata keçirilən siyasət barədə məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkənin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb və əks istiqamətlərdə yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradacaq.
S.Qaralov Azərbaycan Respublikasının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyü ilə bağlı görülən işlərdən və bu sistemin ölkənin tranzit potensialının artırılması sahəsində əhəmiyyətindən də bəhs edib.
Ekspertlər adından Slovakiya Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib və seminarın gömrük nəzarəti və beynəlxalq ticarətin səmərəli həyata keçirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Seminar zamanı ekspertlər Marian Çodak, Miroslav Bujna və Aivaras Piqaqa "Çıxış və təyinat gömrük orqanlarında həyata keçirilən sadələşdirilmiş prosedurlar" , "Araşdırma/Borcun ödənilməsi proseduru", "Gömrük təminatı", "NCTS-də informasiya texnologiyaları məsələləri", "Tranzit üçün Avtomatlaşdırılmış Zəmanət İdarəetmə Sistemi" və digər mövzularda iştirakçıları məlumatlandıracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam