Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

280 müdafiə sistemi Moskvaya gətirilir:Ukrayna üçün şans

Rusiyalıların hava hücumundan müdafiə vasitələri kifayət etmir, buna görə də 9 May paradının təhlükəsizliyi üçün HHM sistemlərinin Moskvaya gətirilməsi onu göstərir ki, onlar hansısa vacib hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılır.

Yenixeber.org: Bunu ukraynalı hərbi ekspert Pavel Narojnı deyib.

O bildirib ki, Ukrayna bu vəziyyətdən yararlanmalıdır:

“Bu, Ukrayna üçün çox əlverişli vəziyyətdir ki, düşmənin sırf hərbi hədəflərinə zərbə endirsin. Çünki həmin obyektlər hava hücumundan müdafiə sistemlərinin Moskvaya köçürülməsi səbəbindən müdafiəsiz qalacaq”.

Məlumata görə, ruslar 9 May paradının təhlükəsizliyini təmin etmək üçün 280 ədəd HHM sistemini Moskva ətrafına toplayır. Bu texnika xüsusilə Kazan və Qroznıdan gətirilir. Moskvanın hava hücumundan müdafiəsi üçün dördqat sistem yaradılır.

Narojnı vurğulayıb ki, Ukrayna ordusu mülki şəxslərə atəş açmır, ona görə də paradın keçirildiyi əraziyə zərbə endiriləcəyi gözlənilmir. Lakin həmin vaxt hərbi obyektlərə hücum ehtimalı realdır.

“Sadələşdirsək, üç eşelon var – kiçik radiuslu, orta radiuslu və böyük radiuslu. Rusiyada isə bu vasitələrdən kifayət qədər yoxdur. Məsələn, böyük radiuslu sistemlər – S-300 və S-400 – Rusiya ordusunun istifadəsindədir. Onların öz ərazisini tam şəkildə qoruması üçün minlərlə belə sistemə ehtiyacı var. Hesablamalara görə, bu ehtiyac 1200-1300 ədəd arasındadır. Amma onların ən yaxşı halda 200 ədədə yaxın sistemi var”, – deyə ekspert bildirib.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam