Bəşər Əsədin atasının sümükləri oğurlandı -FOTO

Suriyanın sabiq prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərindəki qəbri qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.
Yenixeber.org: Bununla bağlı görüntülər "Telegram" kanallarında dərc edilib.
Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.
Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.