Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Roma papası vəfat etdi

Roma papası vəfat etdi
Roma Papası Fransisk 88 yaşında vəfat edib.
Yenixeber.org: Bu barədə Reuters Vatikana istinadən məlumat yayıb.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-dən martın 23-dək xəstəxanada olub və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün ona qan köçürülüb. Fevralın sonunda pontifik "təcrid olunmuş tənəffüs böhranı" keçirib və süni tənəffüs aparatına qoşulub.
Daha əvvəl kardinal Canfranko Ravasi bildirmişdi ki, Papa səhhətinə görə taxtdan imtina edə bilər. Fransisk özü artıq taxtdan imtina məktubunu imzaladığını və iş qabiliyyətini itirdiyi təqdirdə bunun qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, 266-cı Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.[6]
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib. Roma papası seçildikdən sonra Fransisk adını qəbul edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam