Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir"

 

Qana olan tələbat tamamilə ödənilsə də, Mərkəzi Qan Bankında ehtiyat qanın olması vacibdir

 

Xeberinfo.com:   Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyevanın azvision.az-a müsahibəsini təqdim edirik:

- Mərkəzi Qan Bankında indiyədək nə qədər qan ehtiyyatı yığılıb?

-Qan Bankları strateji müəssisə olduğuna görə və qan ehtiyatının sayı strateji məlumat olduğuna görə qan komponentlərinin sayı açıqlanmır. Onu deyə bilərik ki, Qan Bankının və onun bölmələrinin kifayət qədər qan ehtiyatı var. 2015-ci il ərzində Respublika üzrə 75 184 nəfər donorluq edərək qan vermişdir və nəticədə 36 598 ml qan tədarük edilmişdir. 

-Yığılan ehtiyyat qanlarda nə qədərində xəstəlik aşkar olunub?

-Qanların yoxlanılması ciddi prosesdir. Bu proses bizim prioritet işimizdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır (HİV½, HBsAg, HCV, Syphilis). İl ərzində yoxlanan qanların içində təxminən 7-8% infeksiyalara görə yararsızlaşdırılıb.

-Xəstəxanalara ay ərzində nə qədər qan verilir?

-Bildiyimiz kimi, qan komponentləri daha çox talassemiyalı və hemofiliyalı xəstələrə lazımdır. Bundan əlavə onkoloji, ginekoloji xəstəliklər, avtoqəzalar, termiki zədələnmələr və hemodializ zamanı da qana ehtiyac duyulur. 

Gün ərzində Mərkəzi Qan Bankından təlabata uyğun olaraq təxminən 150-200 vahid qan komponentləri (eritrosit kütləsi və təzə dondurulmuş plazma) buraxılır. 

-Daimi donorlarınız varmı? Onların sayı haqda nə deyə bilərsiniz?

-Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllü donorlardır. Ödənişli donorluq yoxdur. Qan verən donorların müəyyən hissəsi qan lazım olan xəstələrin qohumları, müəyyən hissəsi isə daimi donorlardır. 

Respublikada donorluğun ildən ilə inkişafına baxmayaraq, donorların sayının artırılmasına hər zaman ehtiyac var. Çünki qana olan tələbat hazırda tamamilə ödənilsə də Mərkəzi Qan Bankında ehtiyat qanın olması vacibdir. Qan Bankı fövqəladə hallar üçün hazır olmalıdır. Bunun üçün isə bizə tələbatdan artıq qan komponentləri lazımdır.

-Donorlarınız arasında xarici vətəndaşlar varmı?

-Qan verən donorlar arasında xarici vətəndaşlar var ki, onlar daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna respublikası vətəndaşlarıdır. 

-Donorlarınıza nə qədər ödəniş edilir?

-Yuxarıda da qeyd etdiyimiz kimi, Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllü donorlardır. Ödənişli donorluq yoxdur.

-Sizdə mənfi rezurslu qan ehtiyyatı varmı? Mənfi rezurs nadir hallarda tapıldığından donorlara fərqli ödəniş verilirmi?

-Ümumiyyətlə müsbət rezuslu qan qruplu insanların sayı daha çox olduğu üçün qan verən donorlar və qana tələbat bu tipli qanlara daha çoxdur. Müsbət rezuslu qan qrupları içində isə O(I) və A(II) qan qruplu insanların sayı digər qruplara nisbətdə faiz etibarilə yüksəkdir.

Eləcə də mənfi rezuslu qan qrupuna sahib olan insanların sayı az olduğu üçün tələbat da az olur. Qan Bankında isə gündəlik tələbatı ödəyə biləcək qədər qan komponentləri var. 

-Qanda elə yolxucu xəstəliklər (viruslar) var ki, müəyyən müddətdən sonra özünü biruzə verir. Həmin qanlar necə yoxlanılır?

-Hal hazırda ölkəmizdə qan tədarükü bir sıra dünya ölkələri ilə ayaqlaşır deyə bilərik. Bunun üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xətti ilə xarici ölkələrlə təcrübə mübadiləsi aparılır. Dünyada baş verən yenilikləri öz işimizdə tələb etməyə çalışırıq və edirik. Mərkəzi Qan Bankının bir sıra nümayəndələri müxtəlif ölkələrdə kurslarda, konfranslarda iştirak edib və həmin ölkələrin Qan Banklarındakı yeniliklərlə tanış olublar. Bu ölkələr sırasında Türkiyə, Norveç, Almaniya, Rusiya, Qazaxıstan, İranı qeyd edə bilərik. 

Qanların yoxlanılması ciddi prosesdir və biz bunu dərk edirik. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır və Mərkəzi Qan Bankından buraxılan və xəstələrə transfuziya olunan qan kompnentləri ilə hər hansı infeksiyaya yoluxma halı qeydə alınmayıb.

- Bildiyimiz kimi, Azərbaycan müharibə şəraitində olan ölkədir. Aktiv müharibə başlasa, ölkəni kifayət qədər qan ehtyyatı ilə təmin edə bilərikmi? 

-Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir. Qan ehiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir. Hazırkı tələbə görə Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı mövcuddur.

-Mərkəzi Qan Bankı qan ehtiyyatının başqa hansı yollarla təmin edir?

-Mərkəzi Qan Bankının səyyar briqadası müəyyən müəssisələrdə qanvermə aksiyalarında iştirak edir. Hər il əksər Nazirliklər, dövlət və özəl qurumlar, müəyyən banklar və s. öz əməkdaşlarını qanvermə prosesində iştirak etməyə cəlb edir. 

Donorluğun genişləndirilməsi üçün onun təbliğatı lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssilər, qeyri hökumət təşkilatları və ictimai birliklər kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hal-hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur (məcburi və təmənnalı donorluq yox səviyyəsindədir). Donorların həvəsləndirilməsi üçün qan verən müəssisələrin adına və ya birbaşa donora təşəkkürnamələr təqdim olunur. 

Məsələn, 2014-cü ilin iyun ayının 14-də Bakıda Ümumdünya Qan Donor gününə həsr olunan Azərbaycan Qan Donorlarının I Forumu keçirildi. 2015-ci ilin fevral ayında Gəncə şəhərində “Gənc qan donorlarının ilk regional forumu” baş tutdu. Forumda donorluğu təbliğ edən vidoçarxlar nümayiş olundu və mütəxəssislər tərəfindən çıxışlar edildi. 2015-ci ilin iyunun 6-da də Bakı şəhərində Azərbaycan Gənc qan donorlarının ikinci forumu keçirilib. Bu işlərin davamlılığı donorluğun inkişafına öz töhfəsini verəcək. 

-Bəzi xəstəxanalara Mərkəzi Qan Bankı tərəfindən qan ehtiyyatı verilməsinə baxamayaraq, həmin xəstəxanalar pasientin yaxınlarından qan tələb edirlər. Və ya sosial şəbəkələrdə tez-tez qana ehtiyac olması ilə bağlı elanlar yerləşdirilir. Bununla bağlı nə deyə bilərsiniz?

-Qan ehtiyatı tükənə bilən məhsuldur. Təcili və təxirəsalınmaz hallarda istifadə etmək üçün qan ehtiyatının olması zəruridir. Ehtiyat qan komponentləri tükənməsin deyə qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştirak etməyə cəlb olunur. Ancaq kütləvi qanvermə aksiyaları zamanı dövlət tibb müəssisələrində müalicə alan xəstələrə tələbnamə əsasında qan əvəzsiz buraxılır. Yay aylarında, qanvermə aksiyalarının sayı az olduqda və Ramazan ayında könüllü donorların sayı azaldığına görə qan ehtiyatı tükənməsin deyə xəstənin yaxınlarını donorluğa cəlb edirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam