Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Fransa-İsrailin kəşfiyyat savaşı:gizli əməliyyat ifşa olundu

Fransa və İsrail kəşfiyyat qalmaqalları ilə gündəmdədir. Fransanın Suriyadakı casus şəbəkəsinin ifşa olunması və MOSSAD-ın Fransa təhlükəsizlik orqanlarına sızmaq cəhdləri böyük ajiotaja səbəb olub.

Yenixeber.org: Bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

Öztürk bildirib ki, MOSSAD-ın keçmiş rəhbərləri İsrail hökumətini sərt şəkildə tənqid edən açıq məktub yayımlayıblar:

“Məktubda İsrail Baş naziri Benyamin Netanyahunun ünvanına sərt ifadələr işlədilib və ona " MOSSAD artıq sənin yanında deyil" mesajı verilib. Fransada isə 2019-cu ildə jurnalist Aleks Jordanovun yazdığı “DGSE-nin kölgə müharibələri” kitabı böyük rezonans doğurub. Kitabda ölkənin xarici kəşfiyyat orqanı DGSE-nin silahlı milis liderlərini izləmək və zərərsizləşdirmək üçün həyata keçirdiyi gizli əməliyyatlar və bu zaman qanunların necə pozulduğu geniş şəkildə əks olunub.

Bu açıqlamalardan sonra Jordanov 2022-ci ildə saxlanılıb və “milli müdafiə sirlərini yaymaq” da daxil olmaqla, beş maddə üzrə məhkəmə qarşısına çıxarılıb. O, mənbələrini açıqlamayıb.

Jordanovdan sonra “Le Monde” qəzetinin bir jurnalisti də diqqət mərkəzinə düşüb. O, DGSE ilə MOSSAD-ın Suriyada uğursuzluqla nəticələnən birgə əməliyyatını işıqlandırıb. Ortaya çıxarılan məlumatlar səbəbindən həmin jurnalistə qarşı da hüquqi tədbirlər görülüb.

Məlumatlar Fransa Prezidenti Emmanuel Makronla yanaşı, İsrail Baş naziri Benyamin Netanyahunu da daxildə təzyiqlə üz-üzə qoyub”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam