Rusların mövqelərinə 15 zərbə endirildi -Son sutkada
Son 24 saat ərzində Ukrayna aviasiyası rus hərbçilərinin cəmləşdiyi və şəxsi heyətlə silahlanmış ərazilərə 15 zərbə endirib.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 15, zenit-raket komplekslərinə isə 3 zərbə endirib. Raket qüvvələrinin bölmələri beş idarəetmə məntəqəsini, şəxsi heyətin, silahların olduğu ərazini vurub", - məlumatda bildirilib.