Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Sorosdan YENİ XƏBƏR:bəzi layihələri dayandırır

Məşhur amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun (Soros) sədri Aleks Soros diqqət çəkən açıqlamalar verib.
Yenixeber.org: O, təşkilatın bir sıra fəaliyyətlərdən imtina edəcəyini, lakin Ukraynaya dəstəyin davam edəcəyini bildirib.
Aleks Soros Politico-dakı məqaləsində yazıb: "Avropada bəzi işlərdən imtina edəcəyik. Biz həmçinin heyəti əhəmiyyətli dərəcədə azaldacağıq. Amma heç bir şübhə olmasın ki, Ukraynadakı fəaliyyətimizi dəstəkləməyə davam edəcəyik".
O Moldova və Balkan yarımadasındakı fondları dəstəkləməyə davam edəcəyinə də söz verib.
Aleks həmçinin qeyd edib ki, "Atam kimi mən də Avropa İttifaqını müasir tarixin ən böyük triumflarından biri hesab edirəm. O, sivilizasiyanı az qala məhv etmiş ölkələri ümumi gələcəyi qurmaq üçün bir araya gətirdi və keçmiş sovet respublikalarının demokratiyaya doğru irəliləməsinə kömək etdi. Amma hələ görüləsi çox şey var".
Qeyd edək ki, Soros fondu Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantrop Corc Sorosla birbaşa bağlıdır. Yarandığı 1984-cü ildən bu yana Soros Fondu 20 milyarda yaxın pul xərcləyib. Fondun dünya ölkələrində 2 minə yaxın işçisi var.
Dünyanın bir çox ölkələri Soros Fondunu Qərbə tabe olmayan hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Soros Fondu liberal dəyərlərin yayılmasının əsas maliyyə dəstəkçisi kimi qəbul olunur və bu səbəbdən də əsasən sağ mühafizəkar hökumətlərin hədəfindədir.
Soros 2015-ci ildən Rusiyada arzuolunmaz təşkilatlar kimi tanınıb. Rusiya Baş Prokurorluğu bəyan edib ki, Sorosun təşkilatları Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə təhlükə yaradır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam