Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ADINI, MİLLİYƏTİNİ, VƏTƏNİNİ DƏYİŞƏN YƏHUDİ MİLYARDER-Əvvəl maliyyə, sonra siyasət dunyasında inqilab edən Corc Soros...

Kimiləri onu dünyanın ən zəngin adamlarından biri, kimiləri inqilabların maliyyəçisi, kimiləri də sadəcə maliyyəçi, investor və xeyriyyəçi kimi tanıyır.

Yenixeber.org: Bir şey dəqiqdir ki, o, maliyyə və siyasət dünyasına eyni dərəcədə səs salan azsaylı milyarderlərdəndir. Açıq cəmiyyət nəzəriyyəsinin tərəfdarı olan Corc Sorosu bu ad altında ayrı-ayrı ölkələrdə qurduğu təşkilatlar da xeyli məşhurlaşdırıb. Amma son illərdə mətbuat onu daha çox “məxməri inqilabların” əsas sponsoru və ilhamvericisi kimi təqdim edib. Görək, adı ətrafında qalmaqallar səngiməyən, uzun illərdir özündən bəhs etdirən bu adam kimdir?

Corc Soros 12 avqust 1930-cu ildə Macarıstanın paytaxtı Budapeştdə dünyaya gəlib. Doğulandan sonra ona Derd Şvarts adı verilsə də, 6 il sonra atası – tanınmış vəkil, yəhudi icmasının nüfuzlu xadimlərindən olan Tivadar Şvarts özünün və ailə üzvlərinin soyadını dəyişərək Şoroş (macar soyadı) edir.

1944-cü ilin martında Adolf Hitler Macarıstanın İtaliyanın taleyini yaşayaraq antihitler koalisiyasına qoşulacağından ehtiyat edərək bu ölkəyə qoşun yeridir. Eyni zamanda da Macarıstandakı yəhudiləri ölüm düşərgələrinə göndərir.

Maddi imkanı yaxşı olan yəhudilər saxta sənəd düzəltdirərək macar olur və beləliklə də ölkədə qala bilirlər. Bəziləri hətta özlərini alman edirdilər. Bu zaman da gözləmədikləri sürprizlə qarşılaşaraq Hitler ordusunda xidmətə göndərilirdilər.

Tivadar Şoroş həm özünün, həm arvadı Erjebetin, həm də oğlanları Paul və Derdin adına saxta sənədlər düzəltdirir. Yeni ad-soyadı Şandor Kiş olan Tivadarın ağlına ideya gəlir və o, həmyerliləlrinə saxta sənədlər satmağa başlayır.

Sonradan o, bu fəaliyyətini “Ölüm ətrafında maskarad” kitabında geniş təsvir edib. Məsələn, yazıb ki, ona yaxın olan zəngin yəhudi dostlarına yeni sənədləri “bazar qiymətinə”, kasıb yəhudilərə isə maya dəyərinə satırdı.

İndi bütün bunları dəqiqləşdirmək qeyri-mümkündür. Həmin dönəmdə bu cür fəaliyyət zamanı heç bir sənədləşmə olmurdu, şahidlər isə çoxdan ölüblər. Lakin bir şey dəqiqdir ki, Tivadar Şoroş saxta sənəd satışından böyük sərvət toplamışdı.

Acı bir təsadüfün bütün ailəni məhv etməsinə imkan verməmək üçün T.Şoroş özünə, arvadına və uşaqlarına Budapeştin ayrı-ayrı rayonlarından ev tutur. Oğlanları ilə günortalar hovuzda, arvadıyla isə axşamlar teatrda görüşür.

Şandor Kiş (T.Şoroş) Kənd Təsərrüfatı Nazirliyində işləyən bir məmurun evində qalırdı. Arvadı yəhudi olan bu məmur gələcək oliqarxı (Sorosu) öz nəvəsi kimi təqdim edirdi. Maraqlıdır ki, sonradan düşərgələrə göndərilən yəhudilərin əmlakını qeydə almaq məhz bu məmura həvalə olunmuşdu. Və bu işdə “nəvəsi” ona yaxından kömək (bu işdən qazancının olub-olmadığı bəlli deyil) etmişdi.

Şoroş ailəsinin çiçəklənən biznesi Sovet ordusunun 1945-ci ilin 13 fevralında Budapeşti alman faşistləri və onların tərəfdarlarından azad etməsindən sonra dalana dirəndi.

1998-ci ildə CBS telekanalının “60 dəqiqə” proqramına qonaq olan Corc Soros “savaş zamanı ailənizin yəhudilərə etdiyi talan deyildimi?” sualını belə cavablandırır: “Biz etməsəydik də, bunu bir başqası edəcəkdi”.

Faşist işğalı dönəmində Macarıstanda keçirdiyi günlərdən danışan Soros deyib ki, qəribə də səslənsə, həmin 10 ay həyatının ən xoşbəxt dönəmi olub.

Atasının kitabının giriş hissəsində Corc Soros onun haqqında yazır: “Həyatda qalmaq sənətini bu işi qüsursuz bilən bir insandan öyrəndim”.

Bu sənəti başqa ölkələrdə və sahələrdə tətbiq etmək qərarına gəldikdən sonra Derd Şoroş (C.Soros) 1947-ci ildə Macarıstandan çıxaraq, qohumları ilə birlikdə Londona gedir. Atasını yalnız doqquz il sonra – Tivadar Şvarts 1956-cı il hadisələrindən sonra Macarıstandan qaçandan sonra yenidən görür. Londonda Derd Şoroş Corc Sorosa çevrilir və İqtisadiyyat Məktəbində təhsil alaraq 1952-ci ildə oradan məzun olur.

Yəhudi olduğu üçün təqiblərdən qorxaraq Avstriyadan Londona qaçan Karl Popper məktəbdə Sorosun müəllimlərindən biri idi. Sorosun adı ilə bağlı olan məşhur “Açıq cəmiyyət” ifadəsinin müəllifi məhz Popperdir.

Karl Popper və Corc Soros

Karl Popper 1945-ci ildə işıq üzü görən “Açıq cəmiyyət və onun düşmənləri” kitabında yazırdı: “Sərhədsiz qanunverici kapitalizm yeni bir tarixi mərhələyə – siyasi müdaxilələr mərhələsinə, yəni dövlətin iqtisadiyyata müdaxiləsi mərhələsinə yol açdı. Demokratiyanın gücü əhəmiyyətli dərəcədə vətəndaşların bunu anlamısından keçir: hakimiyyətdən sui-istifadə edən və tiranlıq qurmaq istəyən iqtidar bununla özünü qanundan kənara qoyur. Belə iqtidarın fəaliyyətini cinayət, üzvlərini isə təhlükəli cinayətkar dəstə saymaq vətəndaşların təkcə haqqı yox, həm də borcudur”.

Corc Soros mənəvi atasının istedadlı tələbəsi oldu və başa düşdü ki, yuxarıda qeyd olunan anlayış vətəndaşlar arasında “müstəqil”, “xeyriyyəçi” adları altında gizlədilən və nəzarət olunan media və təşkilatlar vasitəsilə inkişaf etdirilə bilər. Və bir qrup vətəndaş köhnə hökuməti devirdikdən sonra əlbəttə ki, yeni bir hökumət (bütün bunları təşkil edən şəxsin maraqlarına uyğun) qurmaq mümkün olacaq. Nəzəriyyəçi Karl Popperdən fərqli olaraq Corc Soros bu biliklərini bir neçə ölkədə tətbiq etməyə müvəffəq oldu.

London İqtisadiyyat Məktəbinin diplomu işə düzəlmək üçün zəmanət vermirdi və Corc Soros yalnız 1952-ci ildə – məzun olduqdan bir il sonra “Singer&Friedlander” bankında təcrübəçi olaraq iş tapa bildi.

Ancaq o zamankı İngiltərədə hələ indiki tolerantlıq yox idi, karyera əsasən şəxsin milli mənsubiyyətindən asılı idi. Corc Soros 5 min dollar toplayaraq 1956-cı ildə “qeyri-məhdud imkanlar ölkəsinə” (Birləşmiş Ştatlara) köçməyə qərar verir. Orada ilk vaxtlar ona atasının zəngin qohumu F.M.Mayer, həmçinin Florida ştatında yaşayan xalası kömək edir.

Corc Soros Mayerin firmasında Avropa qiymətli kağızları üzrə məsləhətçi işləyir.

«60-cı illərin əvvəllərində burada qiymətli kağızlar barədə heç kim heç nə bilmirdi. Ona görə mən səhmlərimi təqdim etdiyim Avropa şirkətlərinə istənilən təklifi edə bilirdim. Bu, bir korun başqa bir koru idarə etməsi kimidir”.

1960-cı ildə Corc Soros böyük uğur qazanır: “Morgan” və “Dryfus” fondlarını Qərbi Almaniyanın “Alians” sığorta şirkətinin böyük miqdarda səhmlərini almağa razı salır.

Səhmlərin qiyməti 3 dəfə artanda Sorosun da nüfuzu artır. Macar və ingilis dillərindən başqa, alman və fransız dillərini bilən biri kimi Sorosu 1963-cü ildə xaricdəki sərmayələr üzrə ən böyük məsləhətçi şirkətlərdən biri (Arnhold and S.Bleichroeder) analitik olaraq işə dəvət edir. Dörd il sonra Soros şirkətin tədqiqatlar şöbəsinin rəhbəri olur.

“Onun əslində nə düşündüyünü heç vaxt bilmək olmur”, həmkarı Edqar Aster gələcək oliqarx haqqında deyib: “Corc əla psixoloqdur. Özünü heç kimə göstərmədən yaşayır. Başqalarının onun əslində kim olduğunu başa düşməsini istəmir. Bəzən ziddiyyətli fikir yürüdür, bəzən də çox ciddi görkəm alaraq boş şeylər danışır. Belə bir insanı anlamaq və sevmək çətindir”.

Corc Soros şirkət rəhbərini bir neçə offşor fond qurmağa və rəhbərliyini ona həvalə etməyə razı salır. 1967-ci ildə “First Eagle”, 1969-cu ildə “Double Eagle” təsis olunur. Rəhbər Corc Soros olur və o, qiymətli kağızları istədiyi şəkildə və məhdudlaşdırmadan almaq hüququ əldə edir.

Soros fonda özünün 250 min dollarını yatırır. Fond Curacao adasında (Hollandiya koloniyası) qeydiyyata alınır və o zamanın Amerika yoxlama orqanları üçün əlçatmaz olur. Corc Soros fonda sərmayə qoymaq istəyən bir çox varlı amerikalıya rədd cavabı verir, amma varlı ərəbləri, avropalıları və latınamerikalıları cəlb edir.

“Double Eagle” fondunun konkret nəylə məşğul olduğu bugünədək məlum deyil. Amma fondun maliyyə göstəriciləri çox yaxşı olur. Çox keçmədən broker şirkətləri üçün məhdudiyyətlər qüvvəyə minir və Corc Soros səhmlərin satışı ilə əlaqədar komissiya almaq imkanından məhrum olur. Bundan sonra o, “Double Eagle”dən ayrılıraq 1973-cü ildə “Soros Fund Management”i açır və yalnız özünə işləməyə başlayır…(strateq)

Ardı var

Tərcümə etdi: G.Hüseynova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam