Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

"Vaqner"də Priqojini o əvəz edəcək -FOTO

“Vaqner”in Rusiya höhumətinə qarşı üsyan cəhdindən sonra muzdluların liderinin dəyişəcəyi barədə iddialar səsləndirilmişdi.

Yenixeber.org: Yerli media “Vaqner”in lideri postuna namizədlərin muzdluların liderlərindən hesab edilən Dmitri Utkin və muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev olduğunu yazırdı.

Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra “Vaqner”in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilib. Utkinin ölümündən sonra Troşev “Vaqner”də yeganə lider olaraq qalıb. 61 yaşlı Torşev Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, “Vaqner”in Sankt-Peterburqdakı inzibati heyətin rəhbəri olan 61 yaşlı Andrey Troşev tanınmış keçmiş komandirdir.

Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi xidmət etmiş Troşev, “Vaqner”in Suriyadakı hərbi stratgeyiyasını hazırlayan komandir olub.(metbuat.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam