Rusiya aerodromlarındakı təyyarələr belə məhv edilir -gizli qruplar...

Xəbər verildiyi kimi, avqustun 19-da səhər saatlarında Rusiyanın Novqorod vilayətinin Soltsy şəhərindəki hərbi aerodroma pilotsuz təyyarələrlə hücum edilib.
Yenixeber.org: Hücum nəticəsində bir ədəd “Tu-22 M3” bombardmançısı məhv edilib, daha iki təyyarə isə zədələnib. Avqustun 21-də isə Rusiyanın Kaluqa vilayətində Şaykovka aerodromunda daha iki rus bombardmançı təyyarəsi məhv edilib.
Xarici KİV-lər xəbər verir ki, sözügedən hücumların Ukrayna Hərbi Kəşfiyyatı (GUR) tərəfindən hazırlandığı məlum olub.
Məlumata görə, aerodromlara hücum GUR tərəfindən koordinasiya edilən gizli qruplar tərəfindən təşkil olunub.
Qeyd edək ki, hücumlar nəticəsində Ukrayna şəhərlərinə raket zərbələri endirən strateji bombardmançı təyyarələr də daxil olmaqla, 5 Rusiya təyyarəsi məhv edilib.