Ukrayna ordusu Donetsk vilayətinin Urojayne qəsəbəsini azad edib.
Yenixeber.org: Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları davam edir.
Ukrayna qoşunları azad etdikləri ərazilərdə möhkəmlənir.