Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Putindən MÜHÜM fərman! Rəsmən hərəkətə keçdilər -Sentyabrın 10-da...

Rusiya Mərkəzi Seçki Şurası Rusiyanın Ukraynadan ilhaq etdiyi Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrində xalqın seçkiyə getməsi üçün rəsmi addımlar atıb.

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin və Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının bu yaxınlarda imzaladığı “Yeni bölgələrdə seçkilər” haqqında fərmandan sonra hərəkətə keçən Rusiya Mərkəzi Seçki Şurası Rusiya Müdafiə Nazirliyi və seçki təhlükəsizliyi üçün Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə danışıqlar aparıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bu görüşlərdən sonra bölgədə seçkilərin keçirilə biləcəyi qənaətinə gəldiklərini bildirib:

“İyunun 14-də Rusiya Müdafiə Nazirliyi və FSB ilə məsləhətləşmələr apardıq. Bu qurumlardan rəylər aldıq ki, 4 yeni rayonda seçkilər keçirilə bilər. Rusiya Müdafiə Nazirliyi bizə seçkilərin şərtləri və görüləcək işlərlə bağlı tövsiyə məktubu göndərib”.

Pamfilova əlavə edib ki, bu nəticələrə əsasən, sentyabrın 10-da Ukraynadan ilhaq edilmiş 4 regionda seçkilər keçiriləcək. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində vilayət qubernatorları seçiləcək. Bundan başqa, xalq 4 rayonda 20 deputatın seçilməsi üçün seçkiyə gedəcək.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin sentyabrında Rusiya ordusunun hücumlarından sonra əsasən Rusiyanın nəzarətində olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə birləşdirilməsi haqqında fərman imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam