Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Vardanyan Arutyunyanın yerinə gətirilir

Arayik “seçkini” ləğv edir – Vardanyanın yolu açılır

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “rəhbəri” Arayik Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır.

Yenixeber.org: Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək.

Bu dəyişiklik Arutyunyanın Moskva səfərindən sonra elan edilib.

“Hraparak” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Arayik Arutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, Rusiyada bir sıra dairələrlə gizli görüşlərdən sonra yenidən Xankəndiyə qayıdıb. Onun ardınca Ruben Vardanyan da Moskvaya çağırılıb.

Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Arutyunyanın aqibətinin necə olacağı sual altındadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam