Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İrana qarşı hibrid müharibə başlayıb -genişmiqyaslı müharibəyə çevrilə bilər

Yenixeber.org: Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər.
Bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. Politoloq bu haqda FB səhifəsində yazıb:
Suriyanın İraqla sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana naməlum təyyarələr zərbə endiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər itkilərin böyük olduğunu göstərir.
Bundan başqa Əbu Kamal ərazisindəki iranlı komandirlərin toplantı yeri də hücuma məruz qalıb. Suriyanın Əbu Kamal əyaləti İrana bağlı “Həşdəş-Şəbi”, “Zeynəbiyyun”, “Fatimiyyun”, Livan və İraq Hizbullahları kimi silahlı qruplaşmaların nəzarətindədir.
Son iki gün ərzində baş verənlər, İran ərazsində hərbi obyektlərə və Suriyanın Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejimə qarşı hibrid müharibənin başlandığını göstərir. Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər.
Əliyalın səfirlik içilərinə qarşı terror həyata keçirən İranın İsrail və ABŞ qüvvələrinə qarşı əməliyyat keçirməsi isə gözlənilmir. ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani məhv ediləndə terrorçu teokratik rejim onun qanının yerdə qalmayacağını, intiqamının ən kəskin şəkildə alınacağını bildirirdi. Qasım Süleymaninin məhv edilməsindən üç il keçir və İran Qüds qüvvələrinin komandirini məhv edənlərdən heç bir intiqam almayıb. Çünki, Qasım Süleymanini məhv edənlər əliyalın səfirlik işçiləri deyildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam