Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Cənubi Qafqaz yolkasının altından SÜLH çıxacaqmı? - Şaxta Baba ilə Santa Klausun QARABAĞ QARTOPUSU

Azərbaycanlıların Şuşa-Xankəndi yolundakı etirazı davam etməkdədir. Düzü, irəliləyiş yoxdur. Yəni sülhməramlı kontingent Azərbaycanın müvafiq struktur əməkdaşlarının monitorinqinə icazə verməyib deyək, yoxsa şərait yaratmayıb kimi qələmə verək, hər nə cür olursa-olsun, etirazlar səngimir. Yenilik kimi sülhməramlıların Laçın yolundakı postlarını aksiyadan 40-50 metr uzaqlaşdırdığını göstərmək olar. Hər halda futbol üzrə dünya çempionatı bitdikdən sonra bu addım gözlənilən idi. Çünki aksiyada quraşdırılmış monitor vasitəsilə rus sülhməramlılar da futbol həyəcanı yaşayırdı. Mahnılarımızı isə əzbərləyəcək qədər dinləyib, doyublar. Həm də onlar Volkovun buyruğu ilə hərəkət edirlər deyə köhnə mövqelərinə qayıda bilərlər. Əsas odur ki, azərbaycanlılar sözügedən etirazlarla haqq səsini dünyaya çatdırmağa çalışdı:

Yenixeber.org: – Dünya isə nədənsə ermənilərə görə təşvişə düşdü;

– Ekoterror, separatçılıq, sülhməramlı özbaşınalığı kimi məqamlar qınanmadı;

– Heç kim separatçı və sülhməramlılara Qarabağdan çıx demədi, amma Laçın yolundan azərbaycanlıların çıxmağını istədilər;

Sülhməramlıların müvəqqəti məsuliyyət zonasında dünya deyəndə, sırf Rusiya yada düşür. Kreml isə Bakının qəti mövqeyini 2 il öncə də görüb və bilir ki, bu pozisiyada dəyişən heç nə yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.

– Buna görə də, Rusiya hələ vaxtı varkən Qarabağı yağmalamaqla məşğuldur.

Odur ki, Cənubi Qafqazda stabilliyin olmaması, İrəvan ilə Bakı arasında sülhün əldə olunmaması bəzi qüvvələrə sərf edir. Bundan başqa supergüclər arasında rəqabət artıb və Qərb-Kreml qarşıdurması Qarabağa da siraət edib. Yoxsa Ermənistan və Azərbaycan liderlərinin dekabrın sonlarına planlaşdırılan Moskva görüşü belə yubanmazdı.

– Sülhün taleyi isə babaları tərəfindən insestə məruz qalan Qarqızın qismətinə oxşayır. Santa Klaus ilə Şaxta Babanın “Qarqız mənimdir” davası, Qərblə Kremlin Cənubi Qafqaz mübarizəsinə, Qarabağdakı sülh mübahisəsinə bənzəyir.

Etiraf edək ki, iki ölkə (Ermənistan-Azərbaycan) arasında sülh müqaviləsinə imkan verməyən qüvvələr var. Dəqiq desək, hər qütb – Qərb və Rusiya öz diktəsi, yaxud razılığı ilə sülhə nail olmaq istəyir. Ağ Ev Rusiyanı regiondan sıxışdırmaq istəyirsə, Kreml də ovucladığı bölgəyə amerikanları buraxmaq fikrində deyil. Bununla yanaşı, hər bir qütbün daxilində də ortaq mövqe çatışmazlığı, vahid çözüm xəttinin yoxluğu duyulmaqdadır:

– Qərbin barışıq ssenarisinə əsas maneə Fransadır;

– Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı bəyan edir, digər yandan Qarabağdakı “arsax” separatçılığının tərəfdarıdır.

Hər iki qütb Qarabağda bir-birini qartopu atəşinə tutub. Bu isə 2023-ün Yeni il yolkasının altından sülh hədiyyəsinin çıxmayacağı deməkdir.

Sonuncu fakt kimi, Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirtməsini, daha əvvəl Kəlbəcər və Gədəbəy istiqamətlərində atəşkəsi pozmaqlarını, qondarma rejimin hələ də tərksilah olunmamasını, elə Arayik tayfasının da Azərbaycan torpaqlarında azərbaycanlıları hədəfə almasını göstərmək olar.(konkret.az)

Anar Rəhimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam