Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Borrell Putinin təhdidlərindən danışıb:"Bu, blef deyil"

Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borrell Rusiya prezidenti Vladimir Putinin təhdidlərinə ciddi yanaşmaq lazım olduğunu bidlirib.

Yenixeber.org: Borrell bunu BBC-yə müsahibəsində ifadə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı hər şeyə rəğmən Ukraynaya hərbi dəstək verməyə davam edəcək. “Mən təşviş yaratmaq istəmirəm, amma bu, şübhəsiz ki, təhlükəli məqamdır, çünki Rusiya ordusu küncə sıxışdırılıb və Putinin reaksiyasını – nüvə silahından istifadə ilə bağlı təhdidi narahatlıq doğurur. İnsanlar bunun blef olmadığını deyəndə, siz onları ciddi qəbul etməlisiniz”, - deyə Borrell söyləyib.

"Biz vəziyyəti dramatikləşdirmirik. İnsanlar mənə "nə edəcəksinizi" sualı verir. Mənim cavabım eynidir: hərbi dəstək, iqtisadi sanksiyalar, şəxsi sanksiyalar və diplomatiya", - deyə Borrell bildirib.

AB rəsmisi hazırkı müharibənin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyacaq şəkildə dayandırılmalı olduğunu vurğulayıb.

Borrelin sözlərinə görə ,Avropa ölkələrindəki silah ehtiyatları onun əvvəlki iddiasından fərqli olaraq “heç də tamamilə tükənməyibmiş”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam