Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bu dövlət Ukraynaya daha 600 milyon dollarlıq hərbi yardım ayırdı

ABŞ prezidenti Co Bayden Ukraynaya 600 milyon dollara qədər əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.

Yenixeber.org: Bu barədə cümə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları, xidmətləri, hərbi təlim və təhsil üçün 600 milyon dollara qədər vəsait ayırmaq səlahiyyəti verib”, - deyə o qeyd edib.

Dövlət katibi Entoni Blinken cümə axşamı yaydığı yazılı açıqlamada, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukrayna qüvvələrinin uğurlu əks-hücumlarını davam etdirmək üçün ölkəyə verilmiş silah və avadanlıqları kifayət qədər səmərəli istifadə etdiyini bildirib: "Prezident Bayden açıq şəkildə bildirdi ki, biz Ukrayna xalqını nə qədər lazım olsa dəstəkləyəcəyik", - deyə Blinken əlavə edib.

Vaşinqton administrasiyası Kiyevə növbəti hərbi yardım paketinə hansı silahların daxil ediləcəyini hələlik açıqlamayıb. Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə axşamı CNN telekanalında bildirib ki, yeni paketə çox güman ki, qabaqcıl raket sistemləri və haubitsalar daxil olacaq.

Blinkenin sözlərinə görə, paketə ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından əlavə silah, sursat və texnika daxildir. Ümumilikdə, hazırkı administrasiya dövründə ABŞ Ukraynaya hərbi yardım üçün təxminən 15,8 milyard dollar ayırıb, dövlət katibi əlavə edib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Ukraynada "xüsusi hərbi əməliyyat" adı ilə müharibə başlaması barədə qərar verib. Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı tədricən çoxsaylı və irimiqyaslı sanksiyalar tətbiq etməyə başladı. Bununla yanaşı, Qərb dövlətləri Kiyevə indiki mərhələdə on milyardlarla dollar dəyərində silah və hərbi texnika tədarük etməyə başlayıblar. Bir sıra Qərb siyasətçiləri etiraf ediblər ki, bu, əslində Rusiyaya qarşı iqtisadi müharibədir.

Putinin martın 16-da dediyi kimi, Qərbin Moskvaya qarşı sanksiya siyasətində bütün təcavüz əlamətləri var. O qeyd edib ki, Rusiyanı cilovlamaq siyasəti Qərb üçün uzunmüddətli strategiyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam