Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

"Vəziyyətin gərginləşməsində əsas marağı olanlar ABŞ və Avropa İttifaqıdır" -Rusiyalı hərbi ekspert

Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Ermənistanın sərhəddəki təxribatı Rusiyanın vacib nəqliyyat dəhlizlərindən birinə çıxışını məhdudlaşdırmaq və Minsk qrupunu “diriltmək” məqsədi daşıyır.

Yenixeber.org: Bu barədə Korotçenko teleqram kanalında yazıb. 

“Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas marağı olanlar ABŞ və Avropa İttifaqıdır. Onlar Ermənistanın əli ilə iş görərək, Rusiya üçün böyük əhəmiyyətə malik beynəlxalq multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması və tam gücü ilə fəaliyyətini əngəlləmək istəyirlər. İrəvanın marağı isə ATƏT-in Minsk qrupunun reanimasiyası və Vaşinqtonla Parisin dəstəyi ilə Qarabağda separatist anklavın statusunun təşviq edilməsidir”, - ekspert vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam