Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna ordusu Krımı raket atəşinə tutub

Ukrayna ordusu Krıma 7 raket zərbəsi ENDİRDİ – VİDEO

                   Şahidlər Krımda hədəflərə azı 7 raket hücumu edildiyini bildirirlər.

Yenixeber.org: Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Ukrayna ordusu Krımın Novofedorovka şəhər tipli qəsəbəsinə 7 raket zərbəsi endirib.

Novofedorovka Qara dənizdə, Krımın qərb sahilində Saki şəhəri yaxınlığında yerləşir. Burada hərbi aerodrom və Rusiya Müdafiə Nazirliyinin poliqonu var.

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker əmindir ki, Ukrayna Krım da daxil olmaqla bütün işğal olunmuş əraziləri Rusiyadan geri almalıdır, əks halda Putin gələcəkdə təcavüzü təkrarlaya bilər.

“Beş il əvvəl düşünmək mümkün idi və mən bunu o vaxt özüm etdim. Sonra belə bir fikir yarandı ki, Donbas Rusiyaya lazım deyil və ona görə də onu daha tez qaytarmaq olar, Krımın qaytarılması isə daha uzun çəkəcək. İndi müharibə bütün bu arqumentləri darmadağın etdi. Hər şey təhlükə altındadır. Onsuz Putin imperiya iştahını itirməyəcək. Ona görə də indi hətta Krımı Rusiyanın əlində buraxmaq çox risklidir”, – deyə Volker bildirib.

Onun sözlərinə görə, Putin və Rusiya Federasiyası öz sərhədləri daxilində yaşamalı olacaqlarını qəbul etməlidir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam