İspaniyada bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.
Yenixeber.org: İspan mediası xəbər verir ki, bu, Avropada meymunçiçəyindən ilk ölüm hadısəsidir.
İspaniya Səhiyyə Nazirliyi indiyədək meymun çiçəyi ilə 120 nəfərin xəstəxanaya müraciət etdiyini və bir nəfərin dünyasını dəyişdiyini bildirib.
Nazirlik ölümlə bağlı hər hansı təfərrüat verməyib, lakin İspaniyanın dövlət xəbər agentliyi “Efe” və digər media qurumları bunun ölkədə ilk meymunçiçəyi ölümü olduğunu bildirib.
Nazirlik həmçinin bildirib ki, İspaniyada virusa yoluxanların sayı 4298 nəfərdir.