Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ və müttəfiqlərindən Rusiya və Belarusla bağlı çağırış:idman tədbirlərində bayraqları qadağan edilsin

Açiq mənbələrdən foto.

ABŞ və müttəfiqləri çərşənbə axşamı bir daha beynəlxalq idman ictimaiyyətini Rusiya və Belarus idman təşkilatlarının fəaliyyətini dayandırmağa və Rusiyalı və Belaruslu şəxsləri idman ictimaiyyətində vəzifələrdən kənarlaşdırmağa çağırıb.

Yenixeber.org: "Milli və beynəlxalq idman təşkilatları Rusiya və Belarus ərazisində idman yarışlarının yayımlanmasının dayandırılması məsələsini nəzərdən keçirməlidir", deyə Dövlət Departamentinin 30-dan çox ölkənin nümayəndələri ilə birgə bəyanatında bildirilir. "Rusiya və Belarusun dövlət bayraqları, gerbləri və himnləri isə qadağan edilməlidir".

"Bundan başqa, biz beynəlxalq idman ictimaiyyətini bir daha mümkün olan hər yerdə Ukrayna idmanını dəstəkləməklə Ukrayna xalqı ilə həmrəyliyini nümayiş etdirməyə çağırırq", deyə bəyanatda bildirilir.

Dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Baliyə - İndoneziyaya gedir. O, qlobal problemlərin, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar beynəlxalq nizam-intizam üçün mövcud olan təhlükə məsələsinin həlli üçün Çinli həmkarı və digər beynəlxalq tərəfdaşları ilə görüşəcək.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü keçirilən brifinqdə müxbirimizə bildirib ki, Blinken Balidə Sergey Lavrovla görüşməyəcək.

"Dövlət katibi Blinken və xarici işlər naziri Lavrov arasında hər hansı görüş keçiriləcəyini gözləmirəm", deyə o bildirib.

Onun sözlərinə görə, G20 XİN başçıları Rusiyanın Ukraynaya hücumuna qarşı olduqlarını bildirəcəklər.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam