Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nə İrana, nə də Türkiyəyə güzəşt olacaq –YENİ ADMİNİSTRASİYANIN XARİCİ SİYASƏTİNƏ DAİR BLİNKENİN İLK AÇIQLAMALARI

 

Elizabet Heycdorn

“Al-Monitor”, 19.01.2021

 

Yenixeber.org: Yeni seçilmiş prezident Co Baydenin dövlət katibi vəzifəsinə namizədi Antoni Blinken İranın nüvə ambisiyalarını cilovlamaq naminə, “daha uzun və daha güclü” bir razılaşma ümidi ilə, İsrail, Körfəz müttəfiqləri və Konqreslə məsləhətləşmələr aparmağa söz verib. Çərşənbə axşamı, yanvarın 19-da Senatın təsdiqləmə iclasında Blinken yeni administrasiyanın nüvə anlaşmasına yenidən qoşulmaq üçün mühüm addımlar atmazdan əvvəl müttəfiqləri və tərəfdaşları ilə “məşğul olacağını” bildirib.

Blinken Senatın Xarici Əlaqələr Komitəsində deyib: “Yeni seçilmiş prezident Bayden İranın nüvə silahına sahib çıxmayacağı ideyasına sadiqdir. Nüvə silahı və ya onu yaratmaq hüdudu olan İran potensial olaraq cəzasızlıqla daha böyük bir hərəkət edəcək ölkədir”.

İran nüvə paktına uyğun olaraq ciddi bir qaydaya riayət etməyə qayıdarsa, Bayden “İranın nüvə məhdudiyyətlərini sərtləşdirmək və uzatmaq”, İranın raket proqramını həll etmək üçün danışıqları davam etdirmək naminə başlanğıc nöqtəsi olaraq çoxtərəfli pakta yenidən qayıdacağını bildirib.

Blinken Çərşənbə axşamı “biz o nöqtədən çox uzaqdayıq” və administrasiyanın əvvəlcə İranın öz öhdəliklərini yaxşı yerinə yetirməsini təmin etməli olduğunu deyib.

Prezident Donald Tramp 2018-ci ildə bu paktdan çıxandan və sərt iqtisadi sanksiyalara əl atandan Tehran azca zənginləşdirilmiş uran ehtiyatını tədricən artırıb. Müqavilənin böyük pozuntusu ilə, İran bu ayın əvvəlində nüvə reaktorlarında istifadə olunan yanacaq – metal uran istehsal etdiyini açıqlayıb.

Orijinal 2015-ci il müqaviləsinin hazırlanmasında yaxından iştirak edən Blinken Komitədə, Bayden rəhbərliyinin Tehranla münasibətlərinə gəlincə, Konqreslə “bildiriş yox, həqiqi məsləhətləşmələrlə” əməkdaşlığına söz verib.

Komitənin bəzi üzvlərinin etirazına baxmayaraq, Blinkenin təsdiqlənməsi gözlənilir. Dinləmə zamanı Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qraham uzun müddətdir Baydenin köməkçisi və xarici siyasət veteranı olan şəxsi Amerika diplomatiyası üçün “əla seçim” adlandırıb.

Xarici Əlaqələr Komitəsi Blinken üçün tanış ərazidir. 2002-ci ildə o, Baydenin üzv olduğu komitənin demokratik heyət direktoru vəzifəsində işləyib. Daha sonra Obama administrasiyasında dövlət katibinin müavini vəzifəsində çalışıb və kampaniya dövründə Baydenin baş xarici siyasət məsləhətçisi olub.

Çərşənbə axşamı ABŞ-ın vasitəçiliyi ilə yəhudi dövləti və bir neçə ərəb ölkəsi arasında son normallaşma sazişlərini dəstəkləyib-dəstəkləməyəcəyi də daxil olmaqla, İsraillə bağlı Blinkenə suallar verib. Blinken razılaşmaları alqışlayıb, ancaq yeni administrasiyanın onlara “ciddi şəkildə nəzər salacağına” dair müəyyən öhdəliklərinin olduğunu deyib. Tramp administrasiyasının Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard dollarlıq silah satışı da bu siyahıta daxildir.

Blinkenin açıqlamaları Yəməndəki Husi hərəkatına qarşı qərarların qüvvəyə mindiyi gün verilib. Birləşmiş Millətlər Təşkilatı və humanitar təşkilatlar xəbərdarlıq ediblər ki, üsyançılar əleyhinə keçən həftə dövlət katibi Mayk Pompeo tərəfindən elan edilən “qara siyahı”ya salınma müharibənin viran qoyduğu ölkədə ehtiyac duyulan yardım əməliyyatlarına mane ola bilər.

Antoni Blinken bildirib ki, terrorçu etiketinin yapışdırılması, nəzərdə tutulduğunun əksinə, husiləri danışıqlar masasına gətirməyəcəyindən narahatdır və Bayden rəhbərliyi vəzifəsinin icrasına başladıqdan sonra terror təyinatını “dərhal” nəzərdən keçirəcək.

O, Vaşinqtonun son sanksiyalarının Türkiyəyə təsirini nəzərdən keçirməli və sonra NATO müttəfiqini cəzalandırmaq üçün daha çox iş görülməli olub-olmadığını müəyyənləşdirməlidir. Tramp rəhbərliyi dekabr ayında Ankaranın Rusiyada istehsal olunan “S-400” hava hücumundan müdafiə sistemlərinin milyardlarla dollarlıq alışına cavab olaraq, “Amerikanın Düşmənləri ilə Sanksiyalarla Mübarizə Qanunu” çərçivəsində qadağalar tətbiq edib.

Blinken bildirib: “Strateji ortağımızın ən böyük strateji rəqiblərimizdən biri ilə sövdələşməsi fikri qəbuledilməzdir”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam