Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Hökumət əhaliyə milyardlarla təzminat ödəyəcək-Avstriyada

Avstriya hökuməti yüksək inflyasiya fonunda artan qiymətlər səbəbindən xərcləri kompensasiya etmək üçün 28 milyard avrodan çox yardım paketi ayırıb.

Yenixeber.org: Bu barədə çərşənbə axşamı Avstriya kansleri Karl Nehammer məlumat verib.

“Biz inflyasiyanın vətəndaşlarımızdan aldığı pulu onların özlərinə qaytarmaq qərarına gəldik. İnsanların üzərinə düşən ağır yükün yüngülləşdirilməsi məqsədilə 28 milyard avrodan çox paket yaratmağa müvəffəq olduq”, - deyə, K.Nehammer Vyanada mətbuat konfransında bildirib.

Kanslerin sözlərinə görə, pensiyaçılar 500 avrodan 1000 avroya qədər, vergi ödəyiciləri isə artan xərcləri kompensasiya etmək üçün eyni məbləği alacaq, uşaqlı ailələrə hər uşağa görə 900 avroya qədər, kasıblara isə isə 800 avro ödəniləcək.

Qeyd etmək lazımdır ki, Avstriyada inflyasiya 2022-ci ilin fevralından bəri rekord həddə çatıb. Mart və aprel aylarında o, 1981-ci ildən bəri ilk dəfə oaraq inflyasiya 7,2%-lik zirvəni görüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam