Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Aİ Şurası bu ölkələrə maliyyə yardımını təsdiqlədi-AÇIQLAMA

 

 

Avropa İttifaqı Şurası tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 3 milyard avro məbləğində kredit yardımının ayrılmasını təsdiqləyib.

Yenixeber.org: Bu barədə AB Şurası tərəfindən verilən açıqlamada bildirilir. Dəstək proqramı Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.

Maliyyə yardımı çox güzəştli şərtlərlə kredit şəklində veriləcək. Vəsait 12 ay və iki tranşla ödəniləcək, kreditin maksimal qaytarılma müddəti 15 ildir.

Təsdiq ediləcəyi təqdirdə Ukrayna - 1,2 milyard avro, Tunis - 600 milyon avro, Bosniya və Herseqovina - 250 milyon avro, İordaniya - 200 milyon avro, Albaniya - 180 milyon avro, Şimali Makedoniya - 160 milyon avro, Gürcüstan - 150 milyon avro, Moldova və Kosovo - hər biri 100 milyon avro, Monteneqro - 60 milyon avro maliyyə vəsaiti alacaq.

Qeyd edək ki, Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Ümumi paketin 3,25 milyard avrodan ibarət hissəsi Afrika ölkələrinə, 1,19 milyard avro təşkil edən hissəsi isə Şimali Afrika qonşuluq ölkələrinə yönəldiləcək.

Aİ bütöv qonşuluq regionu üçün cəmi 3,07 milyard avro ayırır və bunun 2,1 milyard avro həcmində hissəsi cənub, 962 milyon avro hissəsi şərqi tərəfdaş ölkələri, 800 milyon avrodan çox hissəsi isə Qərbi Balkan dövlətləri və Türkiyə üçün nəzərdə tutulub.

Ümumi paketə Avropa Dayanıqlı İnkişaf Fondunun Afrika və qonşuluq regionu üçün nəzərdə tutulmuş 1,42 milyard avro həcmində zəmanətləri də daxildir.

Aİ Asiya və Sakit okeanı hövzəsi ölkələrinə 1,22 milyard avro maliyyə dəstəyi təmin edəcək. Afrika, Karib dənizi hövzəsi və Sakit okeanı regionu üçün 291 milyon avro, Latın Amerikası və Karib dənizi hövzəsində yerləşən ölkələrə 918 milyon avro, xarici ölkələr və ərazilərə isə 111 milyon avro həcmində maliyyə yardımı ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam