Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyənin İsveç və Finlandiyaya on şərti-SİYAHI

Türkiyə İsveç və Finlandiyaya on şərt irəli sürdü

Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini yenidən nəzərdən keçirmək üçün Stokholm və Helsinkiyə qarşı on şərt irəli sürüb.
Yenixeber.org: “Yeni Safak” qəzeti xəbər verir ki, Türkiyənin şərtləri mayın 25-də Ankarada keçirilən danışıqlarda İsveç və Finlandiya nümayəndələrinə təqdim olunan tələblər paketində yer alıb.
Sənədə əsasən, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Ankaraya dəstəyini bəyan etməli və bu barədə müvafiq qanunvericilik aktları qəbul etməlidir. İsveç və Finlandiya öz ərazilərində PKK ilə əlaqəli bütün təşkilatları, həmçinin onların aktivlərini və media resurslarını bağlamalıdır. Bundan başqa, Ankara Stokholm və Helsinkidən müdafiə sənayesi məhsullarına qoyulan embarqonun ləğvini və terrorçularla əlaqəsi olan şəxslərin ekstradisiyasını tələb edir.
Türkiyə hökuməti, eyni zamanda ölkələrin kəşfiyyat xidmətləri arasında terrorla mübarizədə əməkdaşlıq qurulmasını istəyir.
Bundan öncə Prezident Rəcəb Tayyib Ərdoğan Stokholm və Helsinkinin terror təşkilatlarına, əsasən də PKK və PYD-yə, həmçinin Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülən tərəfdarlarına münasibətini müəyyən etməyənə qədər Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam