Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ərdoğan İsveç və Finlandiya liderləri ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç Baş naziri Maqdalena Andersson və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.

Yenixeber.org: Məlumatı Türkiyə Prezident Administrasiyasının əlaqələr şöbəsi yayıb.

Bildirilib ki, telefon danışığında ikitərəfli əlaqələr və İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti müzakirə olunub.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiklərini bildirərək, alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğunu vurğulayıb. O, Türkiyənin uzun müddətdir İsveçin PKK/YPG-PYD-nin nəzarəti altında olan şəxslərlə təmaslarından narahat olduğunu qeyd edərək, FETÖ terror təşkilatının İsveçdə fəaliyyətini davam edirdiyini bildirib.

Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoymasının vacibliyini  vurğulayıb. O, terrorçu PKK/PYD-YPG qruplaşmasının İŞİD-ə qarşı mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini bildirərək, İsveçdən PKK-nın Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

Məlumata əsasən, R.T. Ərdoğan Suriyadan Türkiyəyə yönələn terror təhlükəsi səbəbilə həyata keçirməyə məcbur olduqları “Barış Pınarı” əməliyyatından sonra İsveç müdafiə sənayesinin ölkəsinə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırmasının vacibliyini bildirib.

Finlandiya Prezidenti Niinistö isə danışıq barədə “Twitter“də bildirib

“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, – Finlandiya Prezidenti qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam