Putinin 700 milyon dollarlıq yaxtası həbs edilib-FOTO
İtaliya hökuməti Rusiyaya məxsus “Scheherazade” adlı yaxtaya həbs qoyub.
Yenixeber.org: Bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi açıqlama yayıb.
Qərara əsasən, Karara limanında lövbər salan “Scheherazade” adlı yaxta maliyyə polisi tərəfindən müsadirə olunub. Nazirlik lüks yaxtanın kimə aid olduğu açıqlamayıb.
Yerli mətbuat yaxtanın Rusiya hökumətinin məşhur şəxsləri ilə əlaqəsi olduğunu bildirib.
Qeyd edək ki, 140 metrlik lüks yaxtanın dəyərinin 700 milyon dollar civarında olduğu müəyyən edilib.
Xatırladaq ki, dünən bu yaxtanın Rusiya prezidentinə məxsus olması və gözlənilən həbs təhlükəsi səbəbindən Türkiyəyə üz tutması haqqında məlumat yayılmışdı...