Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Mado” restoranında neçə nəfər zəhərlənib? -İLGİNC

                  Sosial şəbəkədə  Mado restoranında zəhərlənmə olduğu iddia olunur.
Yenixeber.org: Məlumata görə şikayətçi bildirib ki, Mado restoranına böyük ümidlərlə getmişdik, lakin təəssüf ki, tamamilə məyus olduq. Yeməklərin keyfiyyəti çox aşağı idi və xidmət tamamilə laqeyd idi. Üstəlik, bizimlə gedən hər bir xanım yeməkdən sonra özlərini narahat hiss etdi. Problem barədə restoran rəhbərliyinə müraciət etdik, lakin nə kompensasiya, nə də məsuliyyət hissi göstərildi. Belə bir tanınmış restoranın belə rəftarı qətiyyən qəbulolunmazdır. Mado restoranına getməyi düşünənlər bir daha fikirləşsinlər! Keyfiyyət və xidmət sıfır!
Yeməklərin keyfiyyəti və xidmət səviyyəsi ilə bağlı narazılığımız barədə rəsmi tədbir görmək istəyirik. Bu barədə hansı dövlət qurumlarına və ya istehlakçı hüquqlarını qoruyan təşkilatlara müraciət edə biləcəyimizi bilən varsa, zəhmət olmasa, bizə məlumat versin. İstehlakçı hüquqlarımızı qorumaq üçün dəstəyinizə ehtiyacımız var!
Hüquq tərəfdən bizə vəkil lazımdır.. deyə Hüquqşünaslar qurpunda yazılıb.
 Hətta digər sosial şəbəə istifadəçiləri şərh yerində öz şikayətlərini bildiriblər.
 
 “Mado” restoranı Əhmədli filialı ilə əlaqə yaratsaq da suallarımıza cavab verilmədi.(xalq.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam