Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Şəkidə kriminal avtoritetlərin adamı seçki kampaniyasında -BAŞQAN KİM OLACAQ?

Oğru dünyasının  üzvü olan şəxsin qardaşını bələdiyyə sədri edəcəklər!

 Yenixeber.org: Yanvar ayının 29-da ölkəmizdə növbəti dəfə Bələdiyyə seçkiləri keçiriləcək. Yenə də insanlarımız bu seçkilərə həvəs göstərməyəcək, ümidsiz yanaşacaqlar. Səbəbi isə çox sadədir. Çünki bu günə kimi keçirilən bələdiyyə seçkilərinə kənar təsirlər çox olub. Konkret desək yerli icra hakimiyyətləri açıq şəkildə prosesə müdaxilə ediblər. İnsanların iradəsini arxa plana keçirmək üçün əllərindən gələni ediblər. Ona görə də yerli özünüidarəetmə qurumu kimi bələdiyyələr bu günə kimi özlərini hələ də təsdiq edə bilməyiblər. Təhlillər göstərir ki, ən normal bələdiyyə seçkisi 1999-cu ildə keçirələn ilk bələdiyyə seçkisi olub. Sonrakı seçkilərdə isə yerli icra hakimiyyətləri az qala MSK-nın funkisiyasını yerinə yetiriblər. Hazırda da vəziyyət ürək açan deyil. Çünki icra hakimiyyətləri yenə iş başındadır. Təbii ki, bunun bütün icra hakimiyyətlərinə şamil etmək olmaz. Amma 90 faizi belədir. Ən biabrçı vəziyyət isə Gəncə, Sumqayıt, Abşeron, Bərdə, Tərtər, Yevlax, Qazax, Balakən, Lənkəran, Qax və Şəkidədir.

   Şəkidən redaksiyamıza daxil olan məlumatlar onu deməyə əsas verir ki, hətta icra başçısı Elxan Usubov YAP rayon təşkilatının hazırladığı siyahıya əl qoyub və birbaşa olmasa da, dolayısı ilə təzyiq göstərib. YAP Şəki Rayon Təşkilatının sədri yazıq Daşqın Mikayılov susmaqdan başqa çarə tapmayıb. Əgər belə olmasaydı yaşı 60-ın üzərində olan və başçısının işlərinə yarayan “qoca”lar YAP-ın siyahısında yer almazdı. Baxmayaraq ki, partiyanın Mərkəzi aparatından rayon və şəhər təşkilatlarına tövsiyə olunub ki, daha enerjili, daha intellektual və gənc namizdlər irəli sürülsün. Bir sözlə, bütün sahələrdə olduğu kimi Bələdiyyədə də gəncləşmə işi aparılsın. Amma sən saydığını say, gör köhnə təfəkkürlü icra başçıları nə sayır.

 Etibarlı mənbənin məlumatına görə Şəkinin bütün kəndlərində icra başçısının siyahısında olan adamlar “seçiləcək”. Sakinlər belə artıq sədrin də, üzvlərində kim olduğunu bilir. Artıq İcra başçısı Elxan Usubovla 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizov yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərini özləri bildiyi və istədiyi şəkildə keçirməkdə israrlıdırlar. Xüsusən də böyük bələdiyyələri diqqətdə saxlayan icra başçısı sonuncu seçkisindən də qazanclı çıxmaqda israrlıdır. Cünki 2025-ci il Elxan Usubovun karyerasının sonudur. Bu günə qədər adı çoxsaylı qalmaqallarda hallanan cənab Usubov Şəki şəhər, Baş Göynük, Baş Layıskı, Oxud, Qoxmuq, Kiş, Baş Zəyzid, Böyük Dəhnə və Kiçik Dəhnə bələdiyyələrinə öz adamlarının seçilmısi üçün lazımi addımlarını atıb. Hətta həmin şəxslər icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri, şəkililər arasında "qoca qurd" adlandırılan Rəfail Mənəfovun vasitəçiliyi ilə dekabrın sonlarında 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizovla da görüşüblər. Mənbənin iddiasına görə başçısının müəyyən etdiyi məbləğ zərfdə dairə sədrinə təqdim olunub. Dairə sədri də onlara bildirib ki, narahat olmasınlar, seçkinin nəticələri onların istədiyi kimi olacaq. İcra başçısı ona görə bu bələdiyyələrə öz adamlarının seçilməsində canfəşanlıq edir ki, həmin bələdiyyələr böyük ərazilərə malikdir, əhali sayı çoxdur, yaxşı gəlir əldə etmək imkanları genişdir, sədrlər də pulludur.

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov yaranmış vəziyyətydən səmərli istifadə etməkdə o qədər maraqlıdır ki, hətta krimminal aləmin içində olan, mafioz qruplarla iş birliyində olan “Dəhnəli Elçin” ləqəbli Elçin Calalovun 65 yaşlı qardaşını Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri etmək üçün hər oyundan çıxır.

...Bu haqda daha ətraflı növbəti yazımızda...

  Qeyd edək ki, bizə daxil olan iddialarla bağlı nə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Rəfail Manafovun , nə də 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizovun mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.(gundemxeber.az)

Yazıda adıçəkilən şəxslərin hər birinin mövqeyini dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam