Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gənc MMA döyüşçüsü müəmmalı şəkildə öldü- FOTO

 

Yeni zelandiyalı MMA döyüşçüsü Hakaraya Uilson 26 yaşında vəfat edib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Yenixeber.org xəbər verir ki, idmançının meyiti yanvarın 1-də “Rhythm and Vines” musiqi festivalında iştirak etmək üçün getdiyi Gisbornda aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin üzərində zorakılıq əlamətləri aşkar etməyiblər. Meyit müayinə olunması üçün aidiyyatı şöbəyə göndərilib.

Uilson sonuncu dəfə 2024-cü il oktyabrın 27-də Balidə keçirilən “Canggu Fight Night 32” turnirində Filippin təmsilçisi Mark Alkobanı texniki nokautla məğlub edib. Ümumilikdə, MMA-dakı bütün karyerası ərzində idmançı dörd döyüş keçirib, bu döyüşlərdə üç qələbə qazanıb və bir məğlubiyyət alıb.

Altı həftə əvvəl o, İnstaqram səhifəsində uğurla əməliyyat olunduğunu elan edib.

“Əməliyyat başa çatıb. Ən qısa zamanda qayıdacağam”, - deyə idmançı yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam