Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məzarlara rəsm çəkənlər bu məktəbin şagirdləri imiş -YENİLƏNİB

 

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılması barədə məlumat yayımlanıb.

Yenixeber.org-un məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsindən "AzEdu.Az"a bildirilib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmənin qəbirstanlıqda məzarlara qarşı uyğunsuz hərəkətlər etməsi ilə bağlı yayılan görüntülərə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

"Qeyd edək ki, həmin yeniyetmələr Lənkəran rayonu B.Əliyev adına Xolmili kənd tam orta məktəbinin şagirdləridir. Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblilərin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, övladlarının davranışlarının yolverilməzliyi diqqətə çatdırılıb.  

Gələcəkdə bu tipli hadisələrin yaşanmaması üçün təhsil müəssisəsi ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində tövsiyələr verilib. 

Bununla yanaşı, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlərlə görüş keçirilib",- deyə qeyd edilib.

***

Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.

Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam