Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Müğənni Elçin qadınları fahişəliyə cəlb edirmiş – TƏFƏRRÜAT

Müğənni Elçin qadınları fahişəliyə cəlb edirmiş – TƏFƏRRÜAT
Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda azərbaycanlı qadını fahişəliyə cəlb edən “Maşa” ləqəbli Mətanət Məmmədovaya hökm oxunub.

Yenixeber.org: Ötən ilin oktyabr ayında hava limanında saxlanılan 1979-cu ildə Balakəndə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olan Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə cinayət işi açılıb, işə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rusiyada “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib. Həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Zərərçəkmiş qadınlardan biri hətta “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədovaya görə Rusiyada meşələrin birində ağaca bağlanaraq cinsi təcavüzə məruz qaldığını deyib. Digər zərərçəkmiş qadınlar da yüksək məbləğdə maaş vədi ilə aldanaraq Moskvaya getdiklərini və orada Mətanət Məmmədova tərəfindən cinsi istismara məcbur edildiklərini deyiblər. Hətta bəzi qadınlar Azərbaycana qayıtdıqdan sonra Mətanət Məmmədova tərəfindən video görüntülərlə şantaj edilərək Moskvaya geri dönməyə məcbur ediliblər.

Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan “Elçin Göyçaylı” kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınlara yüksək maaş veriləcəyi vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində “Elçin Göyçaylı” ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb.

Elçin Göyçaylı

Mətanət Məmmədova məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, son 32 il ərzində 4-cü dəfədir Azərbaycana – anasının qəbrini ziyarət etmək üçün gəlib. Oktyabr ayında zərərçəkmiş qadınların şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qadınları məcburi deyil, öz istəkləri ilə fahişəliyə cəlb etdiyini də deyib: “Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər”.

Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.(Qaynarinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam