Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Qonaqlar gəlib-gedəcək, özü isə qəzəbli əhali ilə üz-üzə qalacaq” -ŞƏRH

Deputat: “Barnienin kabinetinin istefasından sonra Makron öz yaşaması üçün mübarizə aparmalı olacaq”

Yenixeber.org: Ötən həftə Fransanın siyasi tarixində 62 il əvvəlki presedenti təkrarlayan bir hadisə baş verdi. Mişel Barnienin rəhbərlik etdiyi Fransa hökuməti cəmi üç aydan sonra istefa verdi.

Yada salaq ki, sonuncu dəfə belə bir hadisə 1962-ci ildə, Jorj Pompidu kabineti istefaya göndəriləndə baş vermişdi.

Qeyd edək ki, Barnie hökumətinə etimadsızlıq səsverməsinə səbəb 2025-ci ilin büdcəsinin razılaşdırılması zamanı yaranan fikir ayrılıqları olub. ÜDM-in 6,1%-nə çatan büdcə kəsirini azaltmaq, Avropa norması olan 3%-ə yaxınlaşmaq üçün hökumət xərclərin 40 milyard avro azaldılmasını, həmçinin iri korporasiyalar və varlı fransızlar üçün vergilərin artırılmasını təklif etdi ki, bu da xəzinədarlığa 20 milyard avro gətirəcək. Ümumilikdə, bu, büdcə kəsirini ÜDM-in təxminən 2%-i qədər azalda bilər.

Mişel Barnienin bir sıra güzəştlərə getməsinə baxmayaraq, fraksiyasına Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçılar üçün bu kifayət etmədi. Nəticədə, Barnie büdcə xərclərinin sosial hissəsi haqqında qanun layihəsi təqdim etmək üçün Parlamentin aşağı palatasında səsvermədən yan keçməyə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etmək qərarına gəldi.

Buna cavab olaraq, aşağı palatada mandatların yarıdan çoxuna birgə sahib olan ifrat sağçı Milli Birlik partiyası və solçu Yeni Xalq Cəbhəsinin fraksiyaları hökumətə etimadsızlıq səsverməsi elan etmək qərarına gəliblər.

Siyasi hadisələr bundan sonra necə inkişaf edəcək? Xüsusilə, Fransa Prezidenti Emmanuel Makronun impiçment riski varmı?

Mövzunu şərh edən Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov xatırladıb ki, Barnie hökumətinin ömrü uzun sürmədi və ekspertlərin proqnozlaşdırdığı kimi, dövlət büdcəsinin müzakirəsi zamanı dağıldı: “Xərclərin azaldılması siyasəti aparmaq lazım idi, çünki bir neçə il ərzində büdcə kəsiri 5 faizi ötmüşdü, halbuki Aİ qaydalarına görə bu, 3 faizi keçməməlidir. Aydındır ki, Milli Assambleyadakı sol çoxluq özünü Prezident Makron tərəfindən aldadılmış hiss edib və təkcə hökumətə etimadsızlıq səsverməsi ilə deyil, həm də dövlət başçısının özünü impiçmentlə hədələyib”.

“Həqiqətən də, seçki kampaniyası zamanı Makronun mərkəzçi liberal partiyası Mari Le Penin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün solçu partiyalar vasitəsilə bloklandı. Lakin Makron parlamentdə ən böyük fraksiyanı təşkil edən solçuları təmin etməyib, respublikaçı Barnienin başçılıq etdiyi texniki nazirlər kabinetini formalaşdırdı. Nəticədə həm sol, həm də sağçıların səsləri ilə hökumət istefaya göndərildi”, - deyə həmsöhbətimiz bildirib.

Makronun Barnie hökuməti ilə eyni aqibəti yaşaya biləcəyi sualına cavab verən Musabəyovun sözlərinə görə, Fransa Konstitusiyası Prezidentə böyük səlahiyyətlər verir: “O, parlamentdən yan keçərək büdcəni təsdiq edə və yaya qədər texniki hökuməti saxlaya bilər ki, son seçkilərdən bir il sonra parlamenti buraxıb yeni seçkilər təyin edə bilsin. Lakin sağ və sol müxalifət insanları küçələrə çıxarıb Prezident Makronun özünün istefası tələbi ilə etiraz kampaniyasına başlasa, onun siyasi manevrlərə yeri qalmayacaq”.

“Sorğulara əsasən, Makronun vətəndaşlar arasında etimad reytinqi olduqca aşağıdır - 22-25 faiz aralığındadır. Aydındır ki, Prezident Makron hakimiyyətini yaşatmaq uğrunda mübarizə aparır. Nəticə etibarı ilə onun Cənubi Qafqazda və ya Ukraynada siyasi intriqalara vaxtı olmayacaq. Bu arada Makron böyük yanğından sonra bərpa edilən Notr-Dam de Paris Kilsəsinin açılışından, KİV-in yazdığına görə, ABŞ Prezidenti Donald Trampın iştirak etməyə razılıq verdiyi PR kampaniyası kimi istifadə etməyə çalışır. Yaxşı, qonaqlar gəlib-gedəcək, Makron isə sol və sağ müxalifətlə, eləcə də hazırkı hakimiyyətin boş vədlərindən və arxayınlığından yorulmuş qəzəbli əhali ilə üz-üzə qalacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.(AYNA)

Fed Bakiniski

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam