Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

200 min manat məbləğində cərimə və…”APF Group” rəhbəri Fuad Əlizadənin qanunsuz işləri….-ARAŞDIRMA

Naxçıvanda fəaliyyət göstərən APF Group MMC, çoxsaylı müqaviləsiz işçi çalışdırdığı üçün 200 min manat məbləğində cərimələnib.

Yenixeber.org: Bu haqda “Gündəlik Naxçıvan”a şirkətdə çalışan əməkdaşlar məlumat veriblər. Onların sözlərinə görə, şirkət həm də işçilərdən mənimsədiyi əməkhaqları ödəyib.


Dekabrın əvvəlində Babək rayonunda yerləşən MMC-yə məxsus meyvə bağında 200-dən çox işçinin müqaviləsiz işlədildiyi haqda məlumat paylaşmışdıq. O vaxt işçilər bildirirdilər ki, şirkət onlarla insanlıqdan kənar rəftar edir, verilən maaşları ödəmir və ağır şərtlər altında işləməyə məcbur edir.
İşçilər deyirlər ki, problemin ictimailəşməsindən sonra yerli Dövlət Vergi Xidməti şirkətdə yoxlamalara başlayıb:
“Xidmətdən gəlib bizi də dindirdilər. İşçilərin müqaviləsiz, ağır şərtlər altında işlədildiyi və maaşların vaxtında verilmədiyi təsdiqləndi. Şirkəint vergidən yayındığı, bu yolla külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Yozlamaya gələnlər dedilər ki, MMC bu səbəbdən böyük məbləğdə cərimə olunub. Sonradan eşitdik ki, 200 min manat cərimə yazılıb, amma əlavə 100 min manat rüşvət alıb məsələni bağlayıblar. Bizim maaşların bir hissəsini ödədilər, söz verdilər ki, tezliklə qalanını da verəcəklər. Amma hələ də bizimlə rəsmi müqavilə bağlanmayıb. Görünür, bu məsələni də rüşvət hesabına öz xeyirlərinə həll ediblər.”
İşçilər müqavilələrinin bağlanması və əmək hüquqlarının tam bərpa olunması üçün aidiyyəti qurumlardan müdaxilə gözləyirlər.

Qeyd edək ki, APF Group MMC  fəaliyyəti sferası çoxprofillidir. Layihələndirmə və tikinti – quraşdırma, inşaat layihələri, çörək, süd və süd məhsulları və istehsalı həmçinin hotel şəbəkəsi.  Belə ki, “Saat Meydanı’’ və’’ Qrand ’’ otelləri ‘’APF Otellər qrupu ‘’ MMC daxildir.

APF Group MMC şirkətinin direktoru  Fuad Əlizadədir. O,  Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, vəzifəsində çalışıb.

Qeyd edək ki, APF Group sahibi ” Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevdir, bu barədə mətbuatda təkzib olunmayan məlumatlar dərc olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam