Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Müharibə günahkarları:Paşinyan generallara qarşı özünü sığortalayır

news content
Ermənistandakı gurultulu həbs nəyin göstəricisidir və necə başa çatacaq?

Yenixeber.org: İrəvan məhkəməsinin hakimi Masis Melkonyan müstəntiqin vəsatətini təmin edərək Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Tiran Xaçatryanı 2 aylıq həbs edib  Bu barədə Xaçatryanın hüquqlarını müdafiə edən vəkillər qrupu məlumat yayıb.

Ən qısa zamanda apelyasiya şikayəti veriləcək. Xaçatryana fərqli yanaşma tətbiq olunub. Həbs qərarı, artıq 4 ildir davam edən araşdırmanın gedişatını təmin etmək üçün deyil, generalı fəal siyasi və vətəndaş mövqeyinə görə cəzalandırmaq, həmçinin müharibədəki məğlubiyyətin günahkarlarını “təyin etmək” məqsədilə çıxarılıb”, – deyə vəkillər bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Xaçatryanın 44 günlük müharibə ilə bağlı ittihamlar əsasında saxlanıldığı xəbər verilmişdi.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Xaçatryana qarşı irəli sürülən ittihamı şərh edərək bildirib ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryan 2020-ci il 7-17 oktyabr tarixləri arasında xidməti vəzifələrinin icrasına səhlənkar yanaşıb. O, cənub qruplaşması üçün idarəetmə mərkəzi yaratmayıb, döyüş əməliyyatları zamanı idarəetməyə aid bir sıra tədbirləri tam şəkildə həyata keçirməyib, bu da sonda ehtiyatsızlıqdan ciddi nəticələrə səbəb olub.

Onun hərəkətləri müdafiənin pozulmasına, qoşunların idarəetmə sisteminin sarsılmasına, döyüş tapşırığının yerinə yetirilməsinin iflasa uğramasına gətirib çıxarıb. Nəticədə, düşmən yaranmış vəziyyətdən istifadə edərək strateji yüksəklikləri maneəsiz şəkildə ələ keçirib, digər hallarda isə əraziləri nəzarət altına alıb”, – deyə məlumatda qeyd olunub.

Yuxarıda deyilənlərdən aydın olur ki, yüksək rütbəli hərbçinin həbsi ilə bağlı bir-irinə tamamilə zidd iki baxış mövcuddur. Bunlardan hansının həqiqətə daha çox uyğun olması maraqlıdır.

Bir tərəfdən belə görünür ki, Paşinyan və onun komandası Ermənistan Silahlı Qüvvələrinin komandanlığının İkinci Qarabağ müharibəsi dövründə davranışı ilə bağlı ədaləti bərpa etməkdə o qədər maraqlıdır ki, hətta müharibənin bitməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, döyüş generalını (o, həm də Ermənistanın milli qəhrəmanıdır) həbs etməyə və gələcəkdə mühakimə etməyə hazırdır. 

Digər tərəfdən, müxalif mövqedə olan media orqanları Paşinyanı bu cür metodlarla sadəcə öz siyasi rəqiblərini sıradan çıxarmaqda və onları müharibədə Ermənistanın məğlubiyyətinin “günahkarları” kimi göstərməkdə ittiham edirlər. 

           Bu baxışların hansı həqiqətə daha yaxın görünür?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Arastun Oruclu bildirib ki, o, 44 günlük müharibə başa çatdıqdan dərhal sonra öz şərhlərində deyib ki, indi Paşinyan ya Ermənistan ordusuna rəhbərlik etmiş və məğlubiyyətə uğramış generalları cəzalandırmalı, daha dəqiq desək, həbsə atmalıdır, ya da həmin generallar onu devirəcəklər.

O zaman görünürdü ki, Rusiya Paşinyanı yumşaq yolla kənarlaşdırmağa qərar verib. Və bu zaman Paşinyan hamını qabaqladı. O, vaxtından əvvəl seçkilər təyin etdi və həmin seçkilərdə qalib gələrək öz hakimiyyətini bir daha və uzun müddətə legitimləşdirdi. Lakin uzun illər ərzində Ermənistan ordusunun müxtəlif rəhbər səviyyələrində yerləşdirilmiş bütün bu Moskva agenturası (burada qeyd etmək istəyirəm ki, eyni hal Azərbaycan ordusunda da mövcuddur) siyasi hakimiyyət üçün təhlükə yaradır. Maraqlıdır ki, bu, həm Ermənistanda, həm də Azərbaycanda belədir.

Hazırda Baş Qərargah rəisinin sabiq müavini, milli qəhrəman və generalın (bu generalların kim olduqlarını, necə general rütbəsinə çatdıqlarını, hansı “qəhrəmanlıqlar” göstərdiklərini biz bilirik) həbsi Paşinyana iki səbəbdən lazımdır. Daha dəqiq desək, sizin sualınızda toxunduğunuz hər iki səbəb var.

Birinci səbəb – Paşinyana 44 günlük müharibə zamanı Ermənistanın məğlubiyyətinin səbəbini rəsmiləşdirmək və bunda Moskva ilə əlaqəli generalları ittiham etmək zəruridir. Bu generallar Paşinyana müxalifətin silahlı hissəsidir.

İkinci səbəb isə, təbii ki, Paşinyanın öz hakimiyyətini qorumaq ehtiyacıdır.

Yəni Ermənistanda səsləndirilən hər iki səbəb var. Hər iki səbəb mövcuddur”, – deyə araşdırmaçı bildirib.

Onun fikrincə, Paşinyan çox yaxşı başa düşür ki, ordunun rəhbərliyindən uzaqlaşdırılan və vəzifələrindən kənarlaşdırılan şəxslər sadəcə formal rəhbər olmayıblar. “Bu, Moskvanın göstərişi ilə lazım olan anda hərəkət edəcək geniş agentura şəbəkəsinin bir hissəsidir. Paşinyanın Moskva ilə münasibətləri isə getdikcə pisləşir. Azərbaycanın bəzi KİV-ləri bunun əksini deyirlər. Amma bu, təbliğatdır.

Mən düşünürəm ki, məhz bu iki səbəb çox mühüm rol oynayır. Xüsusilə də Moskvanın postsovet məkanındakı mövqelərinin kəskin şəkildə zəiflədiyi bir dövrdə. Bu, açıq-aşkar görünür. Bu, Qafqazda da, Mərkəzi Asiyada da, hər yerdə görünür. Xüsusən də Moskvanın Suriyadakı məğlubiyyətindən sonra. Bu, təkcə Suriya deyil, Yaxın Şərq, demək olar ki, bütün Aralıq dənizi regionudur. Moskva anlayır ki, təhlükə artıq Rusiyanın sərhədlərinə yaxınlaşır və buna görə də postsovet məkanında mövqelərini gücləndirməlidir.

Təbii ki, bunu hər yerdə başa düşürlər. Azərbaycanda da, Qazaxıstanda da, Ermənistanda da, Gürcüstanda da bunu anlayırlar. Amma Gürcüstan hakimiyyəti deyil, onların opponentləri anlayır. Buna görə də hamı indi maksimum dərəcədə özünü qorumlıdır”, – deyə mərkəzin direktoru qeyd edib.

O düşünür ki, Ermənistan İstintaq Komitəsinin bu ittihamı indi irəli sürməsi təsadüf deyil. “Əgər Baş Qərargah rəisinin müavini məhz bu ittiham əsasında məhkum edilərsə, ardınca bir sıra digər həbslər gələcək. Axı, əməliyyatları təkcə o planlaşdırmırdı, təkcə o rəhbərlik etmirdi.

Bunun arxasında göründüyündən daha geniş bir proses dayanır. Bu, silahlı müxalifəti neytrallaşdırmaq cəhdidir. Bu müxalifət isə silahlıdır. Ona görə də, ordunun yaradıldığı gündən xarici dövlətin orada yerləşmiş agentlərini bir günə, iki günə, bir aya, bir ilə və ya hətta bir neçə ilə təmizləmək asan deyil. Bu, böyük səylər tələb edir.

Düşünürəm ki, məhz buna görə də indi bu ittiham irəli sürülüb və bu proses davam edəcək.

Paşinyan faktiki olaraq rəqiblərinə qarşı mübarizədə ən azı iki mərhələni qazanıb və öz mövqelərini gücləndirib. Onun əlində rəqiblərini neytrallaşdırmaq üçün vasitələr olduğu müddətcə bunu davam etdirəcək. Düşünürəm ki, bu, Azərbaycanın da xeyrinədir. Ən azından Paşinyan döyüşkən şahin kimi görünmür. Onun əslində nə düşündüyünü deyə bilmərəm, amma onun davranışında şahin mövqeyi müşahidə olunmur.

Bu mənada hər iki versiyanın yaşamaq haqqı var. Paşinyan ilk növbədə bu yolla Ermənistan ordusunun 44 günlük müharibədə məğlubiyyətinin səbəblərini rəsmi və hüquqi olaraq təsdiq edir və konkret günahkarlar tapır.

İkincisi, öz hakimiyyətini qorumaq üçün rəqiblərini, xüsusilə də silahlı qanadı cəzalandırmaq və ya zəiflətmək yolu ilə özünü sığortalamağa çalışır. Bu silahlı qanadın adı isə Ermənistan ordusudur”, – deyə Oruclu yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam