Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

YÜZLƏRLƏ RUS DESANTI VƏ DİVERSANTI MƏHV EDİLDİ - İşğalçının iri gəmisi batırıldı, hava qüvvələrinə ağır zərbə vuruldu +VİDEOLAR (Yenilənir)

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusuna məxsus “Orsk” desant gəmisinin məhv edilməsi ilə bağlı rəsmi açıqlama verib.

Yenixeber.org: "Berdyanskda məhv edilən gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desantçı daşıyırdı. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Eyni zamanda Rusiya mənbələri “Orskun” tamamilə dağılaraq batdığını bildirir. Daha bir neçə desant gəmisi zədələnib. Rusiya ordusunun çoxlu sayda hərbçisi həlak olub.

**

Berdyansk yaxınlığında rusiyalı işğalçılarının “Orsk” adlı iri desant gəmisi məhv edilib.

Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin rəsmi açıqlamasında məlumat verilir.

Xəbərdə deyilir ki, Rusiyanın Qara Dəniz donanmasına aid olan “Orsk” gəmisinin batması ilə yanaşı, ətrafdakı iki gəmini də alov bürüyüb. Həmçinin, limandakı yanacaq və silah anbarlarının da məhv edildiyi bildirilir.

 

 

Ukraynanın paytaxtı Kiyev şəhərində isə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Şəhər Hərbi Komendantlığından Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv edilib. 

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artilerioya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.

Bu arada Rusiyanın Kiyev vilayətinin İrpin şəhərindən vəhşililklərinə dair yayılan  görüntülər rus ordusunun işğalçı əməllərini bir daha ortaya çıxarıb. Ukrayna mediasında paylaşılan görüntülərdə rusların İrpin şəhərində törətdiyi vəhşiliklər əks olunub.


Martın 23-də Rusiya qoşunları “Kalibr” raketlərindən istifadə etməklə Xarkov şəhərinin mərkəzini də atəşə tutub. Bu barədə RBK-Ukrayna Xarkov Regional Hərbi Dairəsinin rəisi Oleq Sinegubova istinadən xəbər verir.

O vurğulayıb ki, İzyum şəhəri Xarkov bölgəsinin ən kritik nöqtəsi olaraq qalır. Dünən Balakleya şəhəri atəşə tutulub, martın 24-də səhər saatlarında isə rusiyalılar Zoloçev şəhərinə zərbələr endirib.

***

              Bu gün Rusiya-Ukrayna müharibəsinin 29-cu günüdür.

Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Savaşın 29-cu günü başlayıb. Müdafiə qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirirlər. Ruslar heç bir istiqamətdə uğur qazana bilməyib. Qoşun qruplarımız rusların qarşısını alır, ərazi müdafiə tapşırıqlarını yerinə yetirir. Rus təyyarələri havadan zərbələr endirməyə davam edir. Son 24 saatda 250-dən çox təyyarə uçuşu qeydə alınıb. Onların əsas hədəfləri Kiyev, Çerniqov və Xarkov vilayətlərindəki hərbi və mülki obyektlərdir”, - qurumdan bildirilib.

Rəsmi informasiyaya əsasən, Xerson vilayətində Rusiya işğalçılarına qarşı etiraz aksiyaları keçirilir: “Ruslar isə yerli əhaliyə qarşı terror törədirlər. Onlar bütün istiqamətlərdə canlı qüvvə və texnika baxımından itki verməkdədirlər. Ukrayna xalqının müqaviməti davam edir”.

 

 

Ukrayna hərbçiləri Kiyevin kənarındakı şəhərlərdə Rusiya mövqelərinə qarşı uğurlu əks-hücumlar həyata keçirir və çox güman ki, Makarov və Moşçun yaşayış məntəqələrini geri alıblar. Bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

"Ukrayna qüvvələrinin indi Buça və İrpində Rusiya ordusunun bölmələrini mühasirəyə alması real ehtimalı var", - məlumatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın uğurlu əks-hücumları Rusiya hərbçilərinə Kiyevə hücumu yenidən təşkil etməyə imkan vermir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Kiyevin şimal-şərqində Rusiya qüvvələrinə təzyiqi artırır. Rusiya hərbçiləri artıq ciddi təchizat və mənəvi problemlərlə üzləşiblər.

CNN isə  ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsinə istinadən bildirib ki, Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Kiyevdən uzaqlaşdıra bilib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.

“Rusiya qüvvələri Kiyevin mərkəzindən 55 km şərqdə yerləşir, bu dünən onların olduğu məkandan 25-35 km aralıdadır”, - Pentaqon rəsmisi deyib.

O qeyd edib ki, Rusiya qüvvələri Kiyevdən şimal-qərbdə səngər qazaraq müdafiə mövqeyi tutmağa çalışırlar.

“Biz görürük ki, onlar Kiyev ətrafında səngər qazdıqları görüntüsü yaradaraq daha çox Ukraynanın şərqindən hücum etməyə çalışırlar. Üstəlik Rusiya ordusu Donbasda, xüsusən Luqansk və Don vilayətlərində daha çox aktivləşib”, - o bildirib.

 

 

Ukraynada əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 105 təyyarəsi məhv edilib.

Bu barədə isə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç operativ məlumatlarla bağlı brifinqdə deyib.

“Gün ərzində düşmənin altı təyyarəsi, bir helikopteri, beş pilotsuz uçuş aparatı və beş qanadlı raketi vurulub. Hazırda düşmənin 105 təyyarəsi məhv edilmiş sayılır. Bu, beşdən çox aviasiya alayı və ya ayrıca hava ordusudur”, - deyə Aretoviç vurğulayıb.

Onun sözlərinə görə Rusiya ordusu Ukraynanın dinc şəhərlərinin üzərindən uçmaq, onları bombalamaq qərarına gəlib, lakin bu onlar üçün məğlubiyyətlə başa çatıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam