Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Separatçı “federativ respublika”nın təşkilatçıları saxlanılıb-FOTO

Ukraynada separatçı “federativ respublika”nın təşkilatçıları saxlanılıb

 

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin qərbində yeni “xalq respublika”sının təşkilatçılarını saxlayıblar.

Yenixeber.org: Bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, separatçıların məqsədi Ukrayna ordusunun arxa cəbhəsindəki vəziyyəti pozmaq olub.

Məlumata görə, İvano-Frankovsk, Zakarpat, Lvov, Ternopol və Çernovis vilayətləri qondarma "Ukrayna Federativ Respublikası"na daxil olmalı idi. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları təşkilatçı və onun köməkçilərini İvano-Frankovsk vilayətində saxlayıblar.

Separatçılar ölkənin qərb və mərkəzi bölgələrində yarım min nəfərdən çox satqın toplamalı idilər. Plana görə, onlar təhlükəsizlik qüvvələrini və qanuni hakimiyyət nümayəndələrini zərərsizləşdirməli, bundan sonra inzibati binaların zəbt edilməsi və “xalq respublikası”nın elan edilməsi nəzərdə tutulurdu. Separatçılar sonda Moskvanın nəzarətində olan yeni dövlətdə birləşməyi planlaşdırıblar.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 109-cu - “Konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə, devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər” maddəsi ilə iş başlanıb. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.

Ukraynada separatçı “federativ respublika” təşkilatçıları saxlanılıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam