Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ukrayna müxalifəti binaları boşaldır və barrikadaları sökür

 

    "xeberinfo.com": Ukrayna müxalifətinin tərəfdarları bundan əvvəl zəbt etdikləri şəhər administrasiyalarının binalarını boşaltmağa və Kiyevin mərkəzi Qruşevski küçəsində quraşdırdıqları barrikadaları sökməyə başlayıblar. Bu barədə  RİA Novosti məlumat verir.
     Fevralın 17-dək hökumət binalarının azad edilməsi və küçələrin mühasirəsinin aradan qaldırılması Ukraynada kütləvi iğtişaşların iştirakçılarına münasibətdə qüvvəyə minmiş amnistiya haqqında qanunun əsas şərtidir.
      Müxalif "Batkivşina" partiyasından Radanın xalq deputatı Arsen Avakov öz "facebook" səhifəsində yazıb ki, müxalifət tərəfdarları bazar gününə keçən gecə Ternopol, İvano-Frankovsk, Lvov və Poltava şəhər administrasiyalarının binalarını boşaldıblar, bu gün isə dekabrın 1-də zəbt edilmiş Kiyev şəhər administrasiyasının binasının azad edilməsi planlaşdırılır.
     Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam