Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkə Rusiyanın tankerini saxladı

 

Ukrayna Rusiyanın tankerini saxladı
Ukraynanın Təhlükəsizlik Xidməti İzmail limanında, Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinin yolunu kəsən Rusiyanın "Neyma" adı altında gizlənən "Nika Spirit" tankerini saxlayıb.
Yenixeber.org: Ukrayna tərəfi həmin gəmini ötən ilin noyabrın 18-də Kerç boğazında Ukrayna gəmilərinin yolunu kəsməkdə günahlandırır. 

"Ukraynanın Təhlükəsizlik Xidməti hərbi prokurorluqla birlikdə Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinin yolunu kəsən Rusiya tankeri "Neyma" nı saxlayıb", - deyə xidmətin yaydığı məlumatda bildirilir. 

"Məhkəmə öncəsi istintaq zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyinin birbaşa göstərişi ilə FTX -nin sərhəd mühafizə xidmətinin nümayəndələrinin Kerç boğazında Ukrayna hərbi gəmilərinə qarşı silahlı təcavüz aktı törətdiyi müəyyən edilib. Bu gəmi maddi sübut kimi tanınır, məhkəməyə onun həbsi üçün vəsatət hazırlanır". 

Xatırladaq ki, Rusiya ötən ilin noyabrında Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb. Rəsmi Kiyev isə Rusiyanın izi itirmək üçün həmin tankerin adını dəyişdirərək “Nika Spirit” qoyduğunu iddia edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam