Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

"Vor zakon"u qapıdan qovurlar, pəncərədən girir...-Tengiz Çaraya yenə tutuldu

 

Ukrayna Təhlükəsizlik Xidmətinin korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İvano-Frankovsk vilayətində qafqazlı "vor zakon"u saxlayıblar. 

Yenixeber.org: Əməliyyatçılar "Tenqo Qalskiy" ləqəbli Tengiz Çarayanın ölkə ərazisinə saxta sənədlərdən istifadə etməklə, qanunsuz yolla daxil olduğu haqda məlumat əldə ediblər və onun izinə düşüblər. 

Əməliyyat məlumatlarına əsasən onun Ukraynaya qanunsuz daxil olmasının məqsədi cinayətkar qruplaşmaların fəaliyyətini koordinasiya etmək idi.

Məsələ burasındadır ki, Tengiz Çaraya 2018-ci ilin aprelində saxlanılmışdı və Ukraynadan deportasiya edilmişdi. 

Daha əvvəl isə onu 2014-cü ildə deportasiya etmişdilər. Buna baxmayaraq "vor zakon" Ukrayna ərazisinə təkrar daxil olub. Və tutularaq deportasiya olunub. Lakin  2016-cı ildə Tengiz Çarayanı Ukraynada təkrar tutublar və deportasiya ediblər. Beləliklə, o barəsində 3 dəfə deportasiya qərarı çıxarılmasına baxmayaraq hər dəfə bu ölkəyə geri qayıtmağın yolunu tapıb. Dördüncü dəfədə onu hansı cəzanın gözləyəcəyi hələ məlum deyil. 

Təhlükəsizlik Xidməti bildirir ki, o Kiyev rayonunda quldur hücumları, soyğunçuluq, avtomobillərin qaçırılması kimi cinayətlərdən əldə edilən pulların bölüşdürülməsini nəzarətinə götürmək istəyirdi.

Saxlanılarkən Çarayanın üzərində TT markalı tapança və saxta sənədlər aşkar edilib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam