Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mərkəzi Asiya uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub-Xaqani Cəfərli yazır

 
Yenixeber.org: ABŞ-ın Əfqanistanı tərk etməsinindən sonra BMT Təhlükəsizlik Şurası tırəfindən terrorçu təşkilat kimi tanınan Talibana yönəlik münasibət kəskin dəyişib. Çeçenistanın müstəqilliyini tanıması, bütün müsəlmanları Rusiyaya qarşı “müqəddəs müharibə”yə çağırması kimi faktların olmasına baxmayaraq Moskvanın Talibana yönəlik siyasətində ciddi dəyişiklik hiss olunur. Hətta son günlər Rusiya rəsmilərinin Taliban təmsilçilərinə yönəlik çıxışlarında rəğbət doğurucu ifadələrdən istifadə etdiyi də aydın görünür. Moskvanın Talibana yönəlik siyasətində ən azından 120 dərəcəlik bir dönüş hiss olunur. Bu isə yalnız Rusiyanın “Düşmənimin düşməni mənim dostumdur” məntiqi ilə çıxış etməsi bağlı deyil.
Moskvada və dünyanın önəmli siyasi mərkəzlərində hər kəs anlayır ki, ABŞ-ın Əfqanistandan çəkilməsi ilə Mərkəzi Asiya uğrunda mübarizə kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçib. ABŞ-ın Əfqanistanı tərk etməsinə kimi bölgə uğrunda mübarizə əsasən üç ölkə, ABŞ, Rusiya və Çin arasında gedirdi. İndi isə Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizəyə bu dövlətlərlə yanaşı Pakistan,Türkiyə və İran da qoşulub. Mərkəzi Asiya uğrunda başlanan yeni mübarizənin digər önəmli məqamı bu prosesdə Talibana önəmli yer ayrıllmasıdır. Aydın görünür ki, hər bir dövlət Taliban üzərindən oyun qurmağa çalışır. BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilat kimi tanınan hərəkata münasibətin kəskin dəyişməsinin səbəbi də budur. Hazırda Hindistan istisna olmaqla bütün böyük dövlətlər Taliban üzərindən oyun qurmağa çalışırlar.
Talibanın Əfqanistanda hakimiyyəti ələ almasından ən çox zərərli duruma düşən Hindistan, ən çox mövqeləri güclənən dövlət isə Pakistandır. Pakistanın mövqeyinin güclənməsi onun strateji müttəfiqi Çini də üstün duruma keçirib. Talibanın elan etdiyi Əfqanistan İslam Əmirliyinin əsas sərmayeçisinin də Çin olacağı gözlənilir.
Əfqanistandan gələcək təhlükə qarşısında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın özlərinə dəstək axtarmaları Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan dövlərin bölgəyə daxil olmasını asanlaşdıracaq. Rusiya təkbaşına bu dövlətlərin bütün ehtiyaclarını qarşılamaq imkanında olmadığı üçün Türkiyə və İranın bölgəyə təsir dairəsi qazanmasının qarşıısnı ala bilməyəcək.
ABŞ Əfqanistandan geri çəkilsə də, regiondan çox da uzağa getməyib. Əksinə, “suların daha artıq bulandığı” bölgədə ABŞ-a ehtiyac daha da artacaq.
Rusiya hələlik ABŞ-ın Əfqanistanı tərk etməsinin yaratdığı eyforiyaya qapılıb. Ancaq tezliklə bölgə uğrunda mübarizənin kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçidinin doğuracağı tədid və risklərlə mübarizə aparmaalı olacaq. Mərkəzi Asiya uğrunda mübarizə Rusiyanın daxili proseslərinə də təsir edəcək. Çünki, Rusiyanın Asiya hissəsinin Cənub əraziləri də Mərkəzi Asiyaya aiddir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam