Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-ın YENİ STRATEGİYASI -Əfqanıstanı buraxıb, Orta Asiyanı çalxalamaq!

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın administrasiyası bölgədə Rusiya və Çinin fəallaşması, Əfqanıstandan qaynaqlanın təhdidlərin güclənməsi fonunda Mərkəzi Asiyaya yönəlik yeni Amerika strategiyasını ictimailəşdirməyi planlayır. 

Yenixeber.org: İslam Respublikasındakı vəziyyət Vaşinqtonun yeni strategiyasında ayrıca bölmə olaraq yer alıb. Vaşinqton Əfqanıstanın Mərkəzi Asiyaya yenidən inteqrasiyasını israr edir. Bu barədə «Əfqanıstan.ru» portalının redaksiya məqaləsində söhbət açılır.

ABŞ Mərkəzi Asiyanın 5 bölgəsi ilə təmasları intensivləşdirir. Bu barədə Qərb KİV-nə Dövlət Departamentindən xəbər verilib. Onlar bu mətləbə diqqət yetirirlər ki, cari ilin iyulunda ABŞ nümayədə heyəti son dörd ildə ilk dəfə olaraq, Qırğızıstana səfər edib. 

Elə həmin vaxt ABŞ diplomatları Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul ediblər. Yazda isə ABŞ tərəf tacik və özbək hökumət nümayəndələri ilə məsləhətləşmələr aparıb.

 

 

«Bu bölgəsel və ikitərəfli qarşılıqı təmas Donald Tramp administrasiyasının Mərkəzi Asiyada yeni strategiyasının məqsəd və prioritetlərini özündə əks etdirir. Biz bunun tezliklə açıqlanacağına ümid edirik. O, Mərkəzi Asiyada bizim siyasi, iqtisadi və hərbi sahələrdə qarşılıqlı fəaliyyətə sadiq olduğumuzu qeyd edir» - deyə, Dövlət Departamentində bildiriblər.

Dövlət Departamentində ona əsaslanırlar ki, Çin «Bir kəmər - bir yol» təşəbbüsü çərçivəsində bölgənin infrastrukturuna milyardlar yatırır. ABŞ məmurlarının sözlərinə görə, bu, bölgə ölkələrini borc yükü ilə yükləyir, Rusiya isə keçmiş SSRİ respublikalarına siyasi təzyiqlər göstərməkdə davam edir.

Mərkəzi Asiya dövlətlərinin Qərblə daha sıx əlaqələr qurmaq istəyi ola bilsin ki, «daha böyük qonşuların təzyiqləri və ballast əldə etmək istəyi əsasında» yaransın. ABŞ Dövlət Departamentində belə düşünürlər. Bu təzyiqlər həm də bölgə dövlətlərini onların iqtisadi əlaqələrini genişləndirəcək yeni layihələr irəli sürməyə sövq edir.

«Bu ölkələr etiraf edirlər ki, əgər onlar bir-birləri ilə ticarət aparsalar və biznes qursalar, güclü və daha müstəqil olarlar» - DD-nin nümayəndəsi bildirib.

Əfqanıstandan qaynaqlanan təhdilər qarşısında qorxu hissi yeni strategiyanın yaranmasına təsir göstərib - DD-ə belə düşünürlər. ABŞ-da hesab edirlər ki, bu dövlətin Mərkəzi Asiya ölkələrinə reinteqrasiyası çox vacibdir. Bu məsələ dekabrın əvvəlində «Mərkəzi Asiya - İstanbul prosesi» konfransı çərçivəsində müzakirə olunub.

 

 

Özbəkistan XİN-in mətbuat xidmətinin xəbər verdiyi kimi, Özbəkistanın, ABŞ-ın və Əfqanıstanın nümayəndələri «Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında ticarətin genişləndirilməsi, Əfqanıstanın sosial-iqtisadi inkişafına kömək məsələsini" müzakirə ediblər. Qeyd olunub ki, danışıqların gedişində ABŞ və Əfqanıstan tərəfləri Özbəkistanın bu ölkədəki siyasi səylərini yüksək qiymətləndirirlər.

İstanbulda üçtərəfli görüşdə Özbəkistanı prezidenti Şövkət Mirziyoyevi Əfqanıstan üzrə xüsusi nümayəndə İsmtulla İrqaşev, Birləşmiş Ştatları dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Ellis Uells, Əfqanıstan hökumətini isə xarici işlər naziri əvəzi İdris Zaman təmsil edib.

Dövlət Departamentində qeyd edirlər: «Bizim və bölgə dövlətlərinin yaşadığı başlıca problem - Əfqanıstanla ümumi sərhədin olmasıdır. Şübhəsiz, terrorçuların axınına yönəlik narahatlıq və ehtiyatlılıq var ki, Əfqanıstandakı qeyri-sabitlik bölgənin bütün ölkələrində sabitliyə neqativ təsir göstərə bilər…»

«Ümumilikdə, ABŞ-ın təşəbbüsünə qlobal geosiyasi oyunlar çərçivəsində baxmağa dəyər. Bu gun biz görürük ki, praktiki olaraq, bütün böyük oyunçularda özünün uzunmüddətli strategiyası (bölgəyə yönəlik) və ya ən azı, ciddi alətlər toplusu yoxdur. 

Çində bu, «Bir kəmər - bir yol»dur. Rusiyada - bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT), Avrasiya İqtisadi İttifaqıdır, bu bir daha ikitərəfli təmaslardır» - deyə, Mərkəzi Asiyanı və Qafqazı öyrənən şərqşünaslıq İnstitutunun (Rusiya EA) Mərkəzi analitik qrupunun rəhbəri Stanislav Pritçin bəyan edib.

Ekspert qeyd edir ki, hətta Avropa İttifaqı (Aİ) da bölgədə fəallaşmağa cəhd edir.

«ABŞ isə oyunçulardan geri qalır. Əgər bir müddət əvvəl «S5+1» (ABŞ - üstəgəl Mərkəzi Asiya) strategiyası xeyli maraqlı səslənirdisə, indi Mərkəzi Asiya ölkələri bunu müstəqil şəkildə reallaşdırırlar. Mərkəzi Asiya ölkələri dövlət başçılarının Daşkənddə keçirilən sonuncu koordinasiya görüşü göstərdi ki, tərəflər problemləri müstəqil halda həll etmək iqtidarındadırlar və xarici dəsək olmadan görüşürlər. Belə şəraitdə ABŞ digər oyunçulardan geri qalmış kimi görünür» - ekspert qeyd edib.

Pritçinin fikrincə, ABŞ-ın yeni strategiyası çətin ki, nəyi isə dəyişə bilsin: bunun üçün ABŞ-ın təsir istrumentləri və «köklü maraqları» (məsələn, Çin və Rusiyanın olduğu kimi) yetərli görsənmir.

Hazırladı: Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam