Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şuşa Bəyannaməsi və Azərbaycanın strateji seçimi-ŞƏRH

Qərb təhlükəsizlik sisteminə inteqrasiya təkcə bir bəyannamə ilə mümkün deyil. Azərbaycan bu hədəfə nail olmaq üçün ölkə daxilində siyasi-iqtisadi islahatlar həyata keçirməlidir

Yenixeber.org: 2020-ci ildə Azərbaycan Ordusunun zəfəri ilə yekunlaşan 44 günlük müharibə regionda yeni hərbi-siyasi vəziyyət yaradıb. Rusiyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi qüvvələr yerləşdirərək mövqelərini gücləndirməsi əsas dəyişiklik hesab edilsə də, proses bununla yekunlaşmadı. Türkiyə də bölgəyə daxil oldu və Azərbaycanla münasibətlərini inkişaf etdirərək reionda nüfuzunu gücləndirməyə çalışır. 

Məlumdur ki, müharibə zamanı Türkiyə Azərbaycana ciddi siyasi və hərbi dəstək verdi, Azərbaycan ordusunu müasir silah sistemləri ilə təmin edərək zəfərdə müstəsna rol oynadı. Eyni zamanda, Ankaranın diplomatik və siyasi imkanları Bakını maraqlı qüvvələrin təzyiqlərindən və sanksiyalarından qorudu. Hər iki ölkə savaşdan sonra da əlaqələrini gücləndirmək istiqamətində ardıcıl addımlar atır. Hazırda Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə yenidən komplektləşdirilir, keyfiyyət və təminat baxımından NATO standartlarına yaxınlaşdırılır. Paralel olaraq, Türkiyə şirkətləri işğaldan azad edilmiş bölgələrin bərpası və yenidən qurulmasında ən böyük pay alan biznes strukturlarıdır.  

İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətləri strateji anlamda keyfiyyətcə yeni mərhələyə daşıyır. Sənədin əsas mahiyyətini 2010-cu ildə iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin bir neçə bəndi təşkil edir. 

“Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur“, – deyə Bəyannamədə qeyd olunur.  

Bundan başqa, iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi, gələcəkdə Şuşada Türkiyə Konsulluğunun açılması da nəzərdə tutulur. Qarşılıqlı hərbi yardım və qeyd olunan sonrakı razılaşmalar Türkiyənin Azərbaycana təhlükəsizlik qarantiyası kimi də qəbul oluna bilər. Prezident Ərdoğan bu gün Azərbaycan Milli Məclisindəki çıxışında məhz bu məqamı vurğulayıb: “Bu zəfəri hər kəsin ortaq zəfəri halına gətirmək bizlərin əlindədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “dünya 5-dən böyükdür” deyərək qlobal miqyasda da aparırıq”.

Şuşa Bəyannmaməsinin Azərbaycana verdiyi ən mühüm üstünlüklərdən biri NATO ölkəsi ilə müttəfiqlik münasibətlərinə sahib olmaqdır. Məlumdur ki, ABŞ hərbi blokdan kənar bir neçə ölkə ilə müttəfiqlik münasibətləri qurub. Nəticədə İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya kimi ölkələr ABŞ-ın və dolayısı ilə NATO-nun hərbi-siyasi çətiri altındadırlar. Rusiyadan ehtiyatlanaraq regionda uzun müddət balans siyasəti yürütmüş Azərbaycan heç vaxt qlobal təhlükəsizilik sistemlərinə daxil olmayıb. Məlumdur ki, Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gürcüstan isə NATO təhlükəsizlik sisteminə aid olsa da, Azərbaycan bu seçimi etməyib. Rəsmi Bakı Türkiyə ilə ortaq Şuşa Bəyannaməsini qəbul etməklə nəhayət, bu istiqamətdə strateji addım atmış oldu. Əlbəttə, bu, ilkin addımdır və Qərb təhlükəsizilik sisteminə inteqrasiya təkcə bir bəyannamə ilə mümkün deyil. Azərbaycan rəhbərliyi bu hədəfə nail olmaq üçün ölkə daxilində mühüm siyasi və iqtisadi islahatlar həyata keçirməlidir. Başlıcası, qanunun aliliyinin təmin olunması, azad və ədalətli seçkilər, müstəqil məhkəmə hakimiyyəti və azad medianın formalaşmasına mane olan bütün əngəllər aradan qaldırılmalıdır. 

Azərbaycan üçün böyük qapı açılıb və bir həftədir Avropada gedən qlobal miqyaslı müzakirələrdə (G-7, NATO, ABŞ-AB zirvələri) Bakının əleyhinə bircə çağırışın, bəyanatın, qınağın səslənməməsi də bunun təzahürüdür. Ona görə də, şansları vaxtında və düzgün dəyərləndirmək ölkənin strateji seçiminə əminliyini daha da gücləndirəcək.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam