Müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında əlaqələri daha da möhkəmləndirəcək.
Yenixeber.org: Bunu amerikalı jurnalist və analitik İrina Tsukerman deyib.
Onun sözlərinə görə, bu vacib hadisə iki ölkə arasında strateji münasibətlərin dərinləşməsinə yol açacaq:
"Bəyannamənin adı eyni zamanda həm rəmzi, həm də mühüm əhəmiyyət ifadə edir".
Ekspert bildirib ki, bəyannamə bir neçə səviyyədə işləyir:
"Sənəd hər iki xalqa regionun zəngin mədəni irsini xatırladır, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələri zənginləşdirir, eləcə də Türkiyənin müharibə vaxtı siyasi müttəfiq kimi vacib rolunu tanıyır. Bu, onu ifadə edir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ona vacib kömək etmiş yaxşı dostlarını alqışlayır və sülh prosesində iştirakını görmək istəyir".