Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya Türkiyə sərhədlərinə hərbi qüvvə yığır –Bölgədə kritik gəlişmə

Rusiya Suriyanın Latakiya bölgəsindəki Xmeymim hərbi hava bazasından Türkiyə ilə sərhəddə yerləşən Qamışlı bölgəsinə yüzlərlə canlı qüvvə və texnika göndərib.

Yenixeber.org: Qamışlı ətrafındakı rus qüvvələrinin sayı 1000-ə çatıb.

Rusiya YPG/PKK terror təşkilatının nəzarətində olan Haseke və ətrafındakı mövqelərini gücləndirməyə davam edir, artıq rusların bölgədəki hərbi qüvvələrinin sayı 1000-ə çatdırılıb. Məlumata görə, Rusiya son bir ayda Fərat çayının şərqindəki Haseke vilayətində hərbi bazaların və digər hərbi nöqtələrin formalaşdırılmsı və gücləndirilməsini sürətləndirib.

Rus ordusu dekabr ayı ərzində Xmeymim bazasından nəqliyyat təyyarələri vasitəsilə Qamışlıya yüzlərlə zirehli texnika və logistik vasitələr göndərib. Keçən həftə Latakiyadan Qamışlıya çox sayda rus əsgəri, habelə 2 döyüş təyyarəsi və 6 helikopter gətirilib. Əsgərlər Qamışlı hava limanında və Əsəd rejiminin nəzarəti altında olan Rusiya bazasında yerləşdirilib. Möhkəmləndirmələrdən sonra hava limanında və ətrafında yerləşən rus qüvvələrinin sayı iki dəfə artaraq 1000 nəfərə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam