"HEÇ OLMASA BU DƏFƏ KEÇİRƏK"-Məhərrəm Şəmkirli
Bu günlərdə, lap dəqiqi 11 iyun 2020- ci il tarixdə “Ədalət” qəzetində yazılarını hər zaman həvəs və maraqla oxuduğum dəyərli yazarlar Aqil Abbasın və Əbülət Mədətoğlunun Azərbaycanın musiqi beşiyi olan Şuşanın 270 illiyinin keçirilməsi haqqında çox maraqlı, düşündürücü məqalələrini oxudum. Bu yerdə təvazükarlıqdan uzaq olsa da “Xural” qəzetinin 23 iyun 2007- ci il tarixində yazdığım “İrəvanın 600 illik yubleyini keçirək” yazısı düşdü. O yazını necə ürək ağrısı ilə yazmışdımsa, həmkarlarımın bir səhifəlik yazılarını da elə ağrıyla, göynərtiylə oxudum. Onların qaldırdığı məsəsələ çox vacib, yerində və vaxtında qaldırılmış məsələdir.
O vaxt yazmışdım ki, yüz illərlə başımıza gələn və bundan sonra da gələcək bütün bəlaların səbəbini mən unutqanlığımızda, yaddaşsızlığımızda, laqeydliyimizdə görürəm. Axı niyə, nə üçün biz bu qədər unutqanıq, yaddaşsızıq, torpağımıza, elimizə- obamıza biganəyik? Bu sualı təkcə mən vermirəm. Məndən qabaq minlərlə adam bu sualı verib və verəcəkdir. Amma bilmirəm onlar da mənim kimi bunun cavabını tapacaq, ya yox? Və bu yerdə real olaraq başqa bir sual səslənir: Niyə içimizdə kök atıb şaxələnən qəzəb, kin, nifrət əzəli və əbədi düşmənimiz olan, torpaqlarımıza həyasızcasına sahib çıxan erməniyə yox, özümüzə- qonşumuza, dostumuza, qohum- əqrabamıza, lap dəqiqi dopdoğmaca qardaşımıza, bacımıza yönəlib? Düşünmən ki, mən bunu şişirdirəm. Ə tövbə. Bu həqiqətdir. Bunu yaşadığım illər ərzində müşahidə etmişəm, görmüşəm. Bəlkə qonşumuz toyuğumuza “kiş” deyib, dostumuz arxdan gələn suyumuzu kəsib, çəpərimizi keçib evimizi yağmalayıb, üzdə üzümüzə gülüb, gizlində ayağımızın altını qazıb, qardaşımız namərdlik edib ata mülkünü gizlin ələ keçirib?Yox, qonşumuz, dostumu, qardaşımız arasında bunların heç biri baş verməyib. Bəs səbəb nədir? Bax, bu çətin sual olduğuna görə cavab verməkdə çətinlik çəkirəm. Əyər bilənlər varsa, desinlər bilməyənlər də bilsin. Yoxsa özümüzə qarşı olan düşmənçiliyimiz çox davam edəcək. Bəlkə də əsrlərlə.
Tarixi hadisələri ardıcıllıqla izləsək görərik ki, başımıza gətirilən qəzavi- qədərlər eyni ssenari üzrə cərəyan edir. Tarix bizə dərs verir, amma kütbeyin, fərsiz şagird kimi heç vaxt öyrənib nəticə çıxara bilməmişik. Bunun da ən ağır, üzücü, başımızı aşağı edən nəticəsi o olub ki, Şah babamız Şah İsmayılın bizə əmanət qoyub getdiyi torpaqlarımızı hissə- hissə itirə- itirə erməniyə imkan vermişik ki, özünə heçdən erməni dövləti yaratsın.
Bu gün qonşu dediyimiz, bu qaraçı təbiətli və ruhi xəstə millətin heç qonşuluğumuzda belə yerləri olmayıb. Eramızın dördüncü- beşinci əsrlərində torpaqlarımıza soxulublar. Sonralar min hiylə, məkrlə yaratdıqları dövlət Sasani və Romalılar tərəfindən öz aralarında bölüşdürülüb. Bunu qoca tarix və onun qoruyub saxladığı faktlar deyir.
Çox qəribədir dünyanın gözü qarşısında torpaqlarımızı işğal edən, minlərlə soydaşımızı qocasınına, cavanına baxmayıb qırıb- çatan, yaralayıb əlil edən, mədəniyyətimizi, adət- ənənəmizi mənimsəyən, tarixi abidələrimizi yerlə- yeksan edən ermənilərə böyük dövlətlər, dünya birlikləri bir söz demir. Və yaxud da təsir edə bilmirlər. Belə olan halda nəyə və kimə lazımdır bu təşkilatlar? Bəlkə də bu bir xristian təssübkeşliyidir. Mən inanmıram ki, dünya bunu görmür. Görür, amma həqiqəti deməyə, ədaləti bərpa etməyə özündə güc tapmır. Bu yerdə dünya adama kar və kor kimi görünür. Ermənilərin vəhşiliklərini, yalanlarını, azğınlıqlarını göstərən dünya arxivlərində, kitabxanalarında yüzlərlə, minlərlə yazılı mənbələr var. Ən acınacaqlısı, dözülməzi odur ki, bu faktları bilə- bilə düşməni susdurmaq, dünyaya bəyan etmək üçün onlardan istifadə etmirik, ya da məlum faktları özümüz bilərəkdən təhrif edirik. Adi bir misal: istər alimimiz, istərsə də sadə vətəndaçımız İrəvan şəhərinə “Yerəvan”, Göyçə gölünə “Sevan”, Ağrı dağına “Ararat”, Qərbi Azərbaycana “Ermənistan” və s. və i. deyir.
Heç yadımdan çıxmaz, sovet vaxtı bir nəfər köhnə İrəvan sakini yaşlı kişi söhbət əsnasında Göyçə gölünə “Sevan dənizi” dedi. Onun bu deyimi məni təbdən çırardı, bərk əsəbləşdim. O, məni sakitləşdirmək üçün dedi: ”A bala, mən dəniz deyirəm, ermənilər okean deyir ki”. Yaşlı kişi anlamadı ki, gölə dəniz deməyinə görə yox, gölün tarixi adını yanlış dediyinə görə əsəbləşmişəm.
2007- ci ildə Azərbaycanın orta əsr şəhərlərindən biri olan İrəvanın 600 illiyi tamam oldu. Necə ki, bu il Şuşanın bina olmasından 270 il keçir. Hər kəsə məlum olan bir faktı bu yazıda bir daha xatırlatmağı özümə borc bildim. Ona görə ki, biz başsız və huşsuzuq. Başımıza döyüb huşumuzu yerinə qaytarmalıyıq. Səyyah Övliya Çələbinin məlumatına görə, əmir Teymurun Xacə xan adlı çox zəngin bir taciri 1407- ci ildə Zəngi çayının sahilində böyük bir kənd salmışdı. Tacə xandan təqribən yüz il sonra Səfəvi hökümdarı 1 Şah İsmayılın tapşırığı ilə vəzir Rzaqulu xan həmin kəndi yeddi ilə “İrəvan” adlı qala şəhərə çevirmişdi.
Bu gün ATƏT- in həmsədrlərindən biri olan fransız diplomatının ulu babalarından biri olan səyyah J. Toverniya yazmışdı ki, İrəvan qalasında ancaq müsəlmanlar yaşayır. Ondan bir neçə il sonra başqa bir fransız səyyahı Y.Şorden gördüklərini belə təsvir etmişdi: “İrəvan qalası kiçik şəhərdən böyükdür. İçərisində 300 ev var. Orda ancaq təmiz qanlı Səfəvilər yaşayır”.
Bəs görəsən ATƏT- in həmsədrlərindən biri olan fransız diplomatı babalarının yazdığı həqiqəti niyə göz önünə gətirmir, niyə Ermənistanı işğalçı kimi tanımır? Niyə Qərbi Azərbaycanın- yəni indiki Ermənistanın bütünlüklə Azərbaycan torpaqları olduğunu demir? Dilinə düyün düşər? Həqiqəti demək, ədaləti göstərmək bu qədərmi qorxuludur, çətindir? Axı o da ABŞ və Rusiya sədirləri kimi münaqişəni sülh yoluyla yoluna qoymaq missiyasını böynuna götürməyibmi?
İrəvanın Azərbaycan şəhəri olmasını təkcə fransız səyyahları yox, eləcə də ABŞ tarixçiləri, Rus rəssamları, yazıçıları dönə- dönə yazıblar, deyiblər. Belə olan halda nəyə görə 28 ildə ATƏT çöpü çöp üstünə qoymayıb. İllərlə yol ölçməklə, boş- boş bəyanatlar verməklə münaqişə həll olunmur. Sizi bilmirəm, mənə elə gəlir ki, ATƏT yol ölçməklə bizi barmağına dolayıb. Siz necə düşünürsünüz düşünün. Öz işinizdir.
Məncə belə faktları tarixin yazılı yaddaşından heç cür pozmaq və təhrif etmək mümkün deyil. Nə üçün biz bir çox faktlar kimi bu faklardan, bu həqiqətlərdən faydalanmamışıq və faydalanmırıq? Bizim yerimizə bunu kim eləməlidir?
Yazıda qey etmişdim ki, tarixi torpağımız, tarixi şəhərimiz olan İrəvanın 600 illik yubleyini bütün Respublikada qeyd edək. Hətta xarişdəki diaspor təşkilatlarında, səfirliklərdə anım tədbirləri keçirsinlər. Dünya ictimaiyyətinə işğalçı dövlətin, xəstə millətin, gəlmə etniklərin Azərbaycanın torpaqlarında məskunlaşdığı, əsrlərlə bizim aramızda çox rahat və firəvan yaşadıqları bəyan olsun. Çox- çox təəssüf ki, mənim müraciətimə nə dövlət qurumları, nə də ictimai təşkilatlar tərəfindən nəzərə alınmadı, qulaq ardına vuruldu.
Bu gün İrəvanın da, Şuşanın da təvəllüd tarixləri, kimlər tərəfindən inşa olunması da məlumdur. Amma hazırda işğal altında olan, inim- inim inləyən bu şəhərlərin yubleylərini anmaq, yada salmaq çox vacibdir, lazımdır. Bu yerdə deyən olar ki, Şuşanın 270 illiyini keçirmək olar, ancaq İrəvanın 600 illiyi 2007- ci ildə qaldı. Yuvarlaq bir tarixi olanda keçirərik. Bu yerdə yadıma böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Sovet dönəmində “İzvestiya” qəzetinin muxbirinin Nizaminin yuvarlaq olmayan yubleyi ilə bağlı verdiyi suala təxmini belə cavab vermişdi ki, Nizami elə bir duhadır ki, onun yubleyini hər il yox, hər gün belə keçirsən yenə də azdır.
İrəvan da, Şuşa da qədim Azərbaycanın əvəzsiz şəhərləridir. Bu şəhərlərin salınma tarixlərini yubleydən yubleyə yox, hər il keçirmək lazımdır. Bu bizim müqəddəs vətəndaşlıq borcumuz olmalıdır. Bir vaxtlar Gəncənin tarixi haqqında qəzetlərdə bir- birindən fərqli mübahisəli məqalələr gedirdi. Bir qrup mütəxəssis yazırdı ki, Gəncənin 2700 il yaşı var, digər qput cidd- cəhdlə sübut etməyə çalışırdı ki, yox, bu ola bilməz. Gəncənin vur- tut 1500 yaşı var, bundan artıq ola bilməz. Bax, görürsünüz biz özümüz- özümüzə qarşı lazşmsız mübahisələr yaradır, tariximizə, keçmişimizə qara yaxırıq.
Heç kimə sirr deyil ki, son 200 ildə Azərbaycan torpaqlarının 80 %-dən çoxunu itirib. Dünyanın heç bir xalqı bu qədər torpaq itkisinə məruz qalmayıb. Azərbaycan param- parça olub, yarsı İranda, yarsı Rusiyada, yarsı Gürcüstanda, illərcə istər daxili tədbirlərdə, istərsə də xarici yığıncaqlarda deyilən, yazılan 20 %-i isə Ermənistanda- (bu tamam məntiqsizlikdir. Axı ermənilər çox- çox uzaqlardan gəlmədirlər) dır. Bax, elə buna görədə biz nəyinki bu gün Azərbaycanın tərkibində olan, istərsədə İrandakı, Rusiyadakı, Gürcüstandakı, Ermənistandakı kənd və şəhərlərimizin yaranma tarixləri haqqında vətəndaşlarımızı məlimatlandırmalıyıq. Günü bu gün də Berlindən qatar yola düşəndə diktor elan edir ki, müvəqqəti olaraq bu gün Berlindən Kensberqə (Kalininqrada) qatar işləmir. Məyər biz də təxmini də olsa Azərbaycan Hava Yollarında, Dəmir yolunda, Beynəlxalq Avtovağzalda, Beynəlxalq Dəniz limanında belə bir xəbərdarlıqdan- Hörmətli sərnişinlər, müvəqqəti olaraq Azərbaycanın qədim torpaqları olan İrəvana, Təbrizə, Borçalıya, Dərbəndə və s. və i. təyyarə uçmur, avtobuz getmir, gəmi üzmür. Və biz bununla da o torpaqların bizə məxsus olduğunu hər kəsə demiş və çatdırmış olardıq.
Dəyərli oxuculardan üzür istəyirəm, belə bir müraciəti “Bütöv Azərbaycan” qəzetində dərc etdirib, öz əlimlə Azala və Nəqliyyat Nazirliyinə təqdim etmişdim. Gözləməkdən gözümün kökü saraldı, amma bu qurumlardan səs- səmir çıxmadı.
Bu gün dəyərli yazarlar Aqil Abbasın və Əbülfət Mədətoğlunun səslərinə səs verməsək, bizim üçün çox ayıb olar. Aqil müəllimin sözü olmasın: “Qorxuram ermənilər deyə ki, Şuşanı da biz tikmişik (Necə ki, İrəvanı deyirlə)”.
Mən də deyirəm ki, bu gün bizdən qıraqda olan torpaqların, o torpaqlarda olan kəndlərin, şəhərlərin bizim olduğunu bizdən başqa bütün dünya bilməlidir. Bunun üçün hərəkətə keçməli, hər kəs əlindən gələni bu dövlət, bu millət üçün ortaya qoymalıdır. Haydı Vətən, torpaq uğurunda irəli!!!