Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İrəvanın 600 illiyini niyə keçirmədik?

 

  

 

     "Xeberinfo.com": Əsrlərdir  başımıza  gələn    bundan  sonra  da  başımıza  gələcək  bütün  bəlaların  səbəbini  unutqanlığımızda, yaddaşsızlığımızda  görürəm. Bu  yerdə  ucadan  hayqırıb  demək  istəyirəm, axı  niyə, nə  üçün  biz  bu  qədər unutqanıq? Niyə  içimizdə  kök  atıb  şaxələnən  qəzəb, kin, nifrət  düşmənə  yox, özümüzə  yönəlib? İllərdir  bu  sual   beynimi  didir, ürəyimi  üzüb, rahatlığımı  əlimdən  alır. Müxtəlif  cavablar  tapıram, amma  tapdığım  cavabların  heç  biri  məni  qane  etmir. Ona  görə  ki, verilən  cavabdan  nəticə  çıxara  bilmirik. Dəyirman  bildiyini  edir, çax-çax  baş  ağrıdır.

  Zaman-zaman  biz  iranlıların, monqolların, rusların, ermənilərin  hücumlarına  məruz  qalmışıq. Bu  millətlərlə  əvvəl  düşmən  olub, sonra  isə  dostlaşmışıq. Üstümüzə  gələnlər  gəldikləri  kimi  də  burunları  ovulub  geri  qayıdıblar. Amma  ermənilər  rədd  olub  getməyiblər, yapışıb  qalıblar.

  Bu  gün  nankor  qonşu  dediyimiz  bu  qaraçı  və  xəstə  millətin  heç  qonşuluğumuzda  belə  yerləri  olmayıb. Eramızın  1v-v  əsrlərində   torpaqlarımıza  soxulublar. Sonralar  yaratdıqları  dövlət  Sasani  və  Romalılar  tərəfindən  bölüşdürülüb. Albaniya  dövlətlərinin  (Azərbaycan)  torpaqları  özünə  qayıdıb.

  Tarixi  hadisələri  ardıcıllıqla  izləsək  görərik  ki, başımıza  gətirilən  olaylar   tarixdə  demək  olar  eyni  ssenari  üzürə  cərəyan  edir. Amma  çox  təəssüflər  olsun  ki, tarixin  ibrət  dərslərindən heç  vaxt  nəticə  çıxara  bilməmişik. Demək  biz  pis  şagirdik, verilən  dərsi  nə qavraya, nə  də  oxuya  bilirik. Bunun  da  acı  nəticəsi  o  olub  ki, torpaqlarımızı  itirə- itirə  erməni  dövlətinin  yaranmasına  zəmin  yaratmışıq.

  Çox  qəribədir, dünyanın  gözü  qarşısında  Azərbaycan  torpaqlarını  işğal  edən, minlərlə  soydaşımızı  qətlə  yetirən  ermənilərə , böyük  dövlətlər  bir  söz  demir  və  ya  təsir  edə  bilmirlər. Ermənilərin  azğınlıqlarını  sübuta  yetirən  minlərlə  danılmaz  faktlar  var. Amma  çox  təəssüf  olsun  ki, bu  faktlardan  bilərəkdən  istifadə  edib  yararlanmırıq, ya  da  həmin  faktları  özümüz  təhrif  edirik. Məsələn, İrəvan  şəhərinə  "Yeravan", Göyçə  gölünə  "Sevan", Ağrı  dağına  "Ararat" və  s. və  i  deyirik.

  Yadımdadır, Sovet  dönəmində  bir  nəfər  İravanlı  azərbaycanlı  yaşlı  kişi  söhbət  əsnasında  Göyçə  gölünə  "Sevan  dənizi" dedi. Qarşımdakının  bu  deyimi  məni  təbdən  çıxardı, əsəbləşdirdi. O, məni  sakitləşdirmək  üçün  dedi: "Ay oğul, mən  dəniz  deyirəm, ermənilər  okean  deyir  ki". Yaşlı  kişi  başa  düşmədi  ki, mən  dəniz  sözünə  görə  yox, tarixi  adı  təhrif  etdiyinə  görə  əsəbləşmişəm.

  2007.ci  ildə  Azərbaycanın  orta  əsr  şəhərlərindən  biri  olan  İrəvanın   600  illik  yaşı   tamam  oldu. Buna  tam  əmin  olmaq  üçün  tarixi  faktlara  müraciət  edək:  

Səyyah  Övliya  Gələbinin   məlumatına  görə , Əmir  Teymurun  Xacə  xan  adlı zəngin  bir  taciri  1407- ci  ildə  Zəngi  çayının  sahilində  böyük  kənd  salmışdır.Təqribən  yüz  il  sonra  Səfəvi  hökümdarı  1  Şah  İsmayılın  göstərişi  ilə  vəzir  Rzaqulu  xan  həmin  kəndi  yeddi  ilə  "Rəvan" şəhər- qalaya  çevirmişdir.

   1655-ci  ildə  İrəvanda  olmuş  fransız   səyyahı Y.Tovemiye  yazmışdı  ki, İrəvan  qalasında  ancaq  müsəlmanlar  yaşayır. Ondan  bir  neçə  il  sonra  İrəvana  gəlmiş  başqa  bir  fransız  səyyahı   Y. Şorden  gördüklərini  belə təsvir  etmişdi: "İrəvan  qalası  kiçik  şəhərdən  böyükdür. İçərisində  300  ev  var. Orada  ancaq  təmiz  qanlı  Səfəvilər  yaşayır".

   Bu  faktları  qoca  tarixin  yazılı  yaddaşından  heç  cür  pozmaq  və  təhrif  etmək mümkün  deyil. Nə  üçün  biz  başqa  faktlar  kimi  bu  faktdan , bu  həqiqətdən yararlanmamışıq?

   Mən  ürək  ağrısı  ilə  qeyd  etmək  istəyirəm  ki, tarixi  torpağımız, tarixi  şəhərimiz  olan  İrəvanın  600  illiyini  heç  qəzet  səhifəsində  belə  qeyd  etmədik.Dünüya  ictimayətinə  işğalçı  dövlətin, xəstə  millətin  Azərbaycan  torpaqlarında  məskunlaşdığını  bəyan  etmədik. Unutqanlığımız, yaddaşsızlığımız buna  mane  oldu.

 

                  Məhərrəm  Şəmkirli     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam