Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KÖHNƏ SEVDAYLA YAŞAYANLAR

                                              

Yenixeber.org: Bu günlərdə hər zaman publisistik yazılarını, bədii əsərlərini maraq və həvəslə oxuduğum, dəyərli yazıçı-jurnalist,millət vəkili Aqil Abbasın "Ədalət" qəzetində "Ay can,ay can kazinolar açılacaq" adlı yazısını oxudum. Yadıma ölkəmizin keçən əsrin axırlarındakı acınacaqlı vəziyyəti düşdü. Onda bədniyyətlilər ölkəni qumarxanaya çevirmişdilər. Ölkənin o künc-bucaq yox idi ki, işsiz-gücsüz camaat qumar oynamasın. Parklarda,metro girəcəklərində üskük oynadan kim, çayxanalarda mikrafonla loto rəqəmlərini çağran kim, mehmanxanalardakı kazinolarda səhərə kimi böyük məbləğdə pul uduzan, udan kim. Bir sözlə hamı  qurşanmışdı qumara. Ara qarışıb məzhəb itmişdi. Hörmətli Aqil Abbas demiş yaxşı ki, Ulu Öndər Heydər Əliyev bunun qarşısını vaxtında aldı. Yoxsa bir para nadürüstlər ölkəni də qumara qoyacaqdılar.

    Bu gün yazılı və elektron mediyada meydan sulayan, palaz-palaz yazıları ilə insanların beynini zəhərləyən bəzi üzdəniraq yazarlar (bunlara yazar deməyə adamın dili də gəlmir) yeni iyrənc təklifləri ilə qaşınmayan yerdən qan çıxarırlar. Güya ki, bu gülməşəkərlər ölkənin inkişafını, onun büdcəsinin necə doldurulmasını düşünürlər, buna görə çox narahatdırlar. Sizi inandırıram ki, bu belə deyil. Belələrinin məqsədi, məramı ölkəni talamaq, onu müflisləşdirib, insanları zəlil günə qoymaqdır.

  Mən müzdlu döyüşçülər eşitmişdim, amma müzdlu ekspertlər, muzdlu yazarlar eşitməmişdim. "Şükür" ölmədim, bunları da eşitdim. Deyir qulaq gündə bir söz eşitməsə kar olar. Demək mən bunu eşitməklə qulağımı karlıqdan qorumuşam. Bu muzdlı ekspertlərə, yazarlara  görə ölkədə kazinolar açılarsa, bunun Azərbaycanın büdcəsinə böyük köməyi olar. Axı zarafat deyil, Azərbaycana gələn turistlərin sayı günbə-gün artmaqdadır. Onlarda bura cibi dolu pulla gəlirlər. Olmazmı onların pulunu udub, ciblərini boş qoyaq. Ta bizim pullular, harınlar gedib Gürcüstan kazinolarında niyə uduzub gəlsinlər ki? Deyirəm ay səni öləsən təklif verən. Heç düşünmüsənmi, qumarda hər zaman eyni tərəf udmur?

  Sanki son vaxtlar adamların başı xarab olub. Bir qurub adamlar tarixi şəxsiyyətlərimizə, şair və yazıçılarımıza çamır atmaqla, bir qrup dövlət dilinə ingilis və rus dilinin də əlavə olunmasını, başqa bir qrup da qumarxanaların açılması ilə məşğuldur. Şübhə etmirəm ki, sabah başqa bir qurup meydana gələcək və onlar da təklif edəcəklər ki, ölkədə dövlər faişəxanaların açılmasına icazə versin və burdan gələn gəlir büdcəyə daxil olsun. Belələri utanmadan, çəkinmədən başqa ölkələri örnək kimi göstərəcəklər.

  Tanrım, nə olar bizi içimizdə olan düşmənlərimizdən qoru.

 

 

 

 

 

         Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam