Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

QARA QƏPİK

 

 

 

(Hekayə)

Yenixeber.org: Yolu düşüncəli-düşüncəli gedirdi Rəsul. Hər gün keçdiyi İşəri Şəhərin dar dalanlardan qarşısına çıxan tanış-bilişlər, dükançılar, bakkalçılar, ağsaqqallar, ağbirçəklər, bir sözlə, böyükdən-kiçiyə hamı ilə xoş üzlə salamlaşar, sanki gecədən Bakı küçələrinə çökmüş toz-dumanın işərisindən keçib gedərdi işə... Dalanların birində yoldan tapdığı qara qəpik – beş qəpikliyi əvvəlcə götürmək istəmədi, sonra nə isə fikirləşib, onu yerdən götürdü. Bir anda hafizəsində uşaqlığının şirin xatirələri canlandı. Bacı-qardaşları ilə birgə oynamaqları, ata-anasından aldığı belə “qara qəpik”lərlə dondurma alıb yemələri, yelləncəkdə yellənib, şirin pambıq yeməkləri, şirniquş almaqları və s...

Bir bacısı, bir qardaşı var idi Rəsulun. Sevil və Yaşar... Rəsul yaşca böyük idi onlardan. Sevil orta məktəbi yenicə bitirmiş, Yaşar isə Texniki Universitetin mühəndislik fakültəsinin axırıncı kursunda idi. Anası Məsumə xala bu uşaqlarla çox əziyyət çəkmişdi. Evdar xanım idi. Ataları Rza dayı çörək sexində növbə rəisi işləyirdi. Hər axşam balalarına işdən gətirdiyi halal neməti süfrə başında bölürdü. Ailənin ağır yükü Rza dayının çiyinlərində idi. Övladları da ata-anasının əziyyətini itirməyib dərs çalışıb, orta məktəbi bitirib ali məktəblərə daxil oldular. Bircə Sevilin abituriyent kimi hazırlaşıb ali məktəblərdən birinə daxil olmağı qalmışdı. Rəsul isə memar idi. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə bir neçə il idi ki, təyinat almışdı.  

Həyatında baş verən acılı-şirinli xatirələri düşünə-düşünə pilləkənləri düşüb avtobus dayanacağına nə vaxt çatdığını hiss etmədi Rəsul.

Yenə də köynəyini dəyişəndə, cibindəki xırda pulları indi geyindiyi köynəyinə qoymağı unutmuşdu. Dayanacaqda əlini şalvarının cibinə atıb cəmi bir 20 qəpiklik və iki “qara qəpik” olan  5 qəpiklik olduğunu sezdi. Hə, axı 5 qəpiyin birini də bayaq pilləkənlərin üzərindən tapmışdı... Beləcə, “qara qəpik”ləri mağazada bütöv 10 qəpiklik etmək qərarına gəldi – çünki gediş kartına qara pul yüklənmirdi. Və o, bunu necə edəciyini düşündü... Axı mağazalarda “qara pul”a birtəhər baxırlar, ağız büzürlər. Xülasə, bunu etməyinə də peşman oldu.

Dayanacağın yaxınlığındakı marketin kassasına yaxınlaşıb:

  • Xanım, bu iki 5 qəpikliyi 10 qəpiklik edə bilərsiz?

Kassir xanım, bir qədər ağız büzüb:

  • Ay yoldaş, bu nə puldu mənə uzadırsız, yox, biz “qara qəpik” götürmürük!!!

Rəsul kor-peşiman marketdən çıxıb nə edəcəyini bir qədər düşündü: “Məgər bu “qara qəpik”ləri dövriyyəyə hökümət buraxmır? Niyə bu pullara qarşı belə biganəlik və yadlıq var?” Bu fikirlə yenə dayanacağa tərəf irəlilədi. Düşündü ki, gediş kartına yükləyə bilmədiyi iki 5 qəpikliyi 20 qəpiklə bərabər sərnişinlərdən birinə verib, gediş haqqını ödəmiş olar.   Rəsulun iş yerinə gedəcək olan avtobus dayanacağa yaxınlaşdı. Gediş kartını əlində utancaq halda tutub avtobusun ödəmə terminalına tərəf uzatdı: “Kartınızda balans yoxdur”- deyən robotun səsinə sərnişinlərdən biri reaksiya verib, Rəsula işarə ilə: “Keçin, mən sizin üçün kart vuraram” – dedi. Rəsul da əlindəki “qara qəpik”lərlə birgə 20 qəpikliyi həmin sərnişinə uzadanda: “Yox, qardaş, sağ ol, bu “qara qəpik”lər sizdə qalsın, lazım deyil” - deyə, etirazını bildirdi. 

Rəsul düşüncəli-düşüncəli iş yerinə çatanda qəribə hisslər keçirdi. Bir anlıq özünü sıxılmış, əzilmiş və bir qədər də qüruru sınmış kimi hiss etdi. Sanki hər gün rastlaşdığı yolda sədəqə diləyən yaşlı qadını gözünün önünə gətirdi: “İndi mən beləyəmsə, gör o qadın sədəqə istəyəndə hansı hallara qalır???”

Həyat insana hər üzünü göstərir. Həm zəngin, həm də kasıb üzünü...

Bu xəyallarla işinin başına keçən Rəsul axşam evə necə qayıdacağını düşünürdü...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səadət Sultan

Yazıçı-publisist

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam